İlin müdafiə sənayesi yekunları: Rusiya hipersonik yarışda öndədir

© Sputnik / Aleksandr Melnikov / Mediabanka keçidРеактивная бомбометная установка РБУ-6000 "Смерч-2" (слева) и пусковая установка крылатых ракет "Калибр" на сторожевом корабле проекта 11356 "Адмирал Эссен"
Реактивная бомбометная установка РБУ-6000 Смерч-2 (слева) и пусковая установка крылатых ракет Калибр на сторожевом корабле проекта 11356 Адмирал Эссен - Sputnik Azərbaycan
Abunə olmaq
Tarixdə ilk dəfə olaraq Rusiya qabaqcıl silahlar sahəsində ABŞ-ı üstələyib. Qoşunların sərəncamına "Kinjal" kompleksləri, "Kalibr" qanadlı raketləri və "Peresvet" lazer döyüş kompleksləri verilib.

BAKI, 27 dekabr — Sputnik, hərbi şərhçi Aleksandr Xrolenko. Rusiya Federasiyası planetdəki qonşularına təhdid yaratmağa can atmır və müdafiəyə ABŞ və bir sıra digər ölkələrdən daha az pul xərcləyir. Bununla belə, Moskva bütün təhlükəsizlik perimetri ətrafında hərbi təhdidlərin artmasına effektiv cavab verməyə, qoşunların döyüş hazırlığını və silah imkanlarını artırmağa və müttəfiqlərinin təhlükəsizliyini gücləndirməyə məcbur qalır.

NATO ölkələrinin illik hərbi xərcləri trilyon həddini keçib. Birləşmiş Ştatlar 2019-cu ildə uydurma bəhanə ilə Ortamənzilli və Qısamənzilli raketlərin ləğvinə dair sazişi məhv edib, Strateji hücum silahlarına dair müqavilə ilə bağlı qeyri-müəyyənlik yaradıb və özünün qlobal raketdən müdafiə sisteminin potensialını artırıb. ABŞ-ın 2020-ci ildə hərbi büdcəsinin 750 milyard dollara çatacağı faktına əsaslanaraq perspektivləri dəyərləndirə bilərik (bu rəqəm dünyanın bütün ölkələrinin hərbi xərcləri ilə qarşı-qarşıya qoyula bilər).

Флаги Турции перед штаб-квартирой НАТО в Брюсселе, фото из архива - Sputnik Azərbaycan
Türkiyə-NATO münasibətlərində yeni qalmaqal: Bu dəfə məsələ "S-400" deyil

Tarixdə ilk dəfə olaraq Rusiya qabaqcıl silahlar sahəsində ABŞ-ı üstələyib. Bunu Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2019-cu il üçün yekun iclasında Prezident Vladimir Putin açıqlayıb. Qoşunların sərəncamına "Kinjal" (Xəncər) hipersonik kompleksləri, "Kalibr" qanadlı raketləri və "Peresvet" lazer döyüş kompleksləri verilib. Strateji təyinatlı raket qüvvələrinin ən yeni "Avanqard" hipersonik kompleksləri ilə təchiz edilməsi başlayıb (Rusiyanın nüvə triadasında müasir silahların payı 82 faizə çatıb).

Bundan əlavə, aşağıdakı silahlar yaradılır:

- yüksək güclü "Sarmat" qitələrarası ballistik raketi (16 min kilometr məsafəyə 16 nüvə blokunu daşıya bilir);

- Nüvə güc bloku olan "Burevestnik" qanadlı raketi,

- "Poseydon" pilotsuz sualtı qitələrarası aparat,

- "Sirkon" gəmi əleyhinə hipersonik raketinin yerüstü versiyası (sürəti təxminən 9 Maxdır və hədəfi məhvetmə məsafəsi 1000 kilometri ötür).

Ələkeçməz "Avanqard"

Dekabrın sonunda havada süzə bilən "Avanqard" hipersonik başlıqlı iki raket sistemi döyüş xidmətinə verilib. Bu tamamilə yeni bir qitələrarası strateji silahdır, çünki idarə olunan uçuş zamanı "Avanqard" döyüş bloku səs sürətini 20 dəfə üstələyir (20 Max).

Növbəti yeddi il ərzində Rusiya Federasiyası iki alayı "Avanqard" hipersonik döyüş başlığı olan 12 ədəd UR-100N UTTX qitələrarası ballistik raketlə təchiz etməyi planlaşdırır.

Türkiyə Rusiyanın “S-400” radarlarını sınaqdan keçirməyə başlayıb  - Sputnik Azərbaycan
VİDEO
Türkiyə Rusiyanın “S-400” radarlarını sınaqdan keçirməyə başlayıb

Əlçatmaz "Su-57"

2019-cu ilin sonunda Rusiyanın beşinci nəsil "Su-57" qırıcısının istehsalı başlayıb. 2028-ci ilədək Rusiya Federasiyasının aerokosmik qüvvələrinə 76 belə qırıcı veriləcək.

"Su-57" qırıcısı əla uçuş və döyüş göstəricilərinə görə analoqu olan Amerikanın beşinci nəsil "F-22" və "F-35" təyyarələrini üstələyir. Rusiya təyyarəsi səs sürətini forsaja keçmədən üstələyə bilir.

"Su-57" top silahlarından istifadə etməklə yüksək manevrli yaxın döyüş apara, həmçinin ortamənzilli və böyükmənzilli raketlərin geniş spektrindən istifadə edə bilir.

Sarsılmaz "Prometey"

Ən son "S-500 Prometey" raket və hava hücumundan müdafiə sisteminin istehsalı 2019-cu ilin iyununda başlayıb. "S-500" sisteminin döyüş effektivliyi mövcud hava hücumundan/raketdən müdafiə sistemlərinin imkanlarını xeyli üstələyir.

"S-500" sistemi hipersonik hədəfləri (sürəti saatda 6000 kilometrdən çox olan), qitələrarası, ortamənzilli və qanadlı raketləri, eləcə də təyyarələri, vertolyotları, adi və yüksək hündürlükdə uçan bilən pilotsuz aparatları məhv etməyə qadirdir. Onun məhvetmə radiusu 600 kilometrə qədər, maksimal məhvetmə hündürlüyü isə 100 kilometrə qədərdir (yəni "S-500" hətta aşağı orbitli kosmik aparatları da vura bilir). "Prometey" sisteminin unikal xüsusiyyətləri strateji obyektlər, böyük şəhərlər və ya Rusiyanın ayrı-ayrı bölgələri üzərində hava hücumundan/raketdən etibarlı müdafiəni təmin edəcək.

Учебно-боевой пуск баллистической ракеты Тополь-М с космодрома Плесецк - Sputnik Azərbaycan
RUSİYA
Cavab zərbəsinin zəmanəti: "Avanqard" döyüş növbəsində

Başdan-başa radiolokasiya sahəsi

İlk "Konteyner" tipli üfüqdən kənar radiolokasiya stansiyası dekabrın 1-də Mordoviya Respublikasında (RF) döyüş xidmətinə verilib. Bu radiolokasiya stansiyası Rusiya sərhədlərindən 2000 km aralıda Avropa və Yaxın Şərq üzərindəki hava məkanına nəzarəti həyata keçirir. "The Drive" nəşrinin hesablamalarına görə, "Konteyner" kompleksi (hava, ölçü və hədəfin növündən asılı olaraq) 2000 kilometrdən 3000 kilometrədək məsafədə obyektləri aşkar edib izləyə bilir.

Təsbit məsafəsi ionosferdən əks olunan radio siqnalın hesabına təmin edilir. "Konteyner" radiolokasiya stansiyası qanadlı raketlərinin buraxılmasını, hərbi aviasiyanın uçuşlarını və digər aerodinamik hədəfləri, o cümlədən "stels" texnologiyasından istifadə etməklə yaradılmış aviasiyanı izləməyə imkan verən ayrı-ayrı yüksək tezlikli ötürücü və qəbuledicilərdən ibarətdir. İzləmə fasiləsiz aparılır, hava hücumunun başlaması barədə xəbərdarlığın effektivliyi isə artır. Rusiya aerodinamik hədəflərin aşkarlanması üçün başdan-başa radiolokasiya sahəsini yaratmaq niyyətindədir ("Voronej" radiolokasiya stansiyasının raket hücumu haqqında xəbərdarlıq sisteminin analoqu).

Sirli "Sirkon"

Бомбардировщик-ракетоносец Ту-160 - Sputnik Azərbaycan
RUSİYA
Stabillik silahı: Rusiya “Ağ qu quşu” ilə çox uzaqlara uçacaq

"Sirkon" dəniz raketinin yerüstü versiyasının yaradılması potensial düşmənə bir çox problemlər vəd edir. Bir müddət öncə, Britaniyanın "The Times" qəzeti Rusiyanın "Sirkon 3M22" gəmi əleyhinə raketlərini Britaniya Dəniz Qüvvələri üçün ən ciddi təhlükə adlandırıb. ABŞ-da bu raketi nüvə hücumundan müdafiə üçün "asimmetrik" silahın yaradılması işində "kvant sıçrayışı" adlandırıblar. Hətta 5-6 Max sürətində bu raket mövcud hava hücumundan müdafiə sistemləri üçün demək olar ki, toxunulmaz olur. Rusiyanın "Taktiki Raket Silahları" korporasiyası isə onu 12-13 Max sürətində uçmaq üçün layihələndirib.

Qeyd edək ki, bu yüksək dəqiqlikli hipersonik silahlar yalnız "üçüncü dünya müharibəsi" üçün nəzərdə tutulmayıb. Lokal münaqişələrdə "Sirkon" düşmənin strateji hədəflərini nüvə başlığından istifadə etmədən, adi döyüş başlığının kinetik enerjisi ilə də məhv edə bilər.

Şəbəkə mərkəzli "İsgəndər"

2019-cu ildə Rusiya Müdafiə Nazirliyi raket briqadalarının "Toçka-U" raket sistemlərindən "İsgəndər-M" əməliyyat-taktiki raket sistemlərinə keçidini başa çatdırıb. Rusiyada ən azı 12 raket briqadası var. Yüzlərlə "İsgəndər-M" ballistik və qanadlı raketi yalnız strateji Qərb istiqamətində ölkənin maraqlarını və ərazisini qoruyur. Onların hamısı dekabrın əvvəlində Rusiya Federasiyasının bir növ "hərbi interneti" olan vahid idarəetmə şəbəkəsinə daxil edilib.

İndi "İsgəndər" raketləri hazır döyüş tapşırıqlarını real vaxt rejimində bilavasitə dislokasiya ərazilərindəki komandanlıqdan və ya Milli müdafiə mərkəzindən ala bilərlər. Yeni sistem yüksək dərəcədə müdafiəyə malikdir və raketlərin buraxılmasına hazırlığı əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan verir. Bu isə eyni zamanda bir neçə hədəfi məhv etmək lazım olanda öz faydasını verir. 10 fərqli tip döyüş başlığının köməyi ilə yüksək dəqiqlikli "İsgəndər-M" mobil raket sistemi 500 kilometrədək məsafədə hədəfləri vurmağa qadirdir.

"Borey"lər və "Bulava"lar

Rusiyanın "Borey-A" strateji sualtı raket kreyseri sınaqlarını tamamlayır. Bir müddət öncə, Rusiya Müdafiə Nazirliyi donanmanın tərkibində dördüncü nəsil "955A Borey-A" strateji sualtı raket kreyserlərinin sayının 8-dən 10-a artacağını açıqlayıb (bu gün onlardan 3-ü xidmətdədir). 9-cu və 10-cu kreyserlərin tikintisi 2020-ci il mayın 9-da başlayacaq.

Bu tip sualtı raket daşıyıcıları bu gün və 21-ci əsrin ortalarına qədər Rusiyanın nüvə triadasının dəniz komponentinin əsasını təşkil etmək üçün nəzərdə tutulub. Sakit okean və Şimal donanmasının hər birində beş strateji sualtı raket kreyseri xidmətdə olacaq. 10 belə kreyser ümumilikdə 160 ədəd "R-30 Bulava" (rus dilində "toppuz", "gürz") raketini daşıyacaq. Bu raketlərdən hər biri ayrı-ayrı hədəfləri vurmaq üçün parçalana bilən və 150 kiloton güclü olan 10 nüvə başlığının 8000 kilometrdən çox məsafədə hədəfə çatdırılmasını təmin edəcək. "Bulava" potensial düşmənin müasir raketdən müdafiə sistemlərini dəf etməyə qadirdir.

"Qiyamət gününün torpedoları"

2019-cu ilin sonunda "Xabarovsk" xüsusi təyinatlı nüvə sualtı qayığının suya buraxılması gözlənilir. Bu sualtı qayıq "Poseydon" aparatlarının əsas daşıyıcısıdır. "Poseydon" nüvə güc bloku olan insansız qitələrarası strateji dərin dəniz aparatıdır. O, 1000 metr dərinlikdə 10 min kilometrə qədər məsafədə 100 düyün sürəti ilə hərəkət etməyə qadirdir. "Poseydon" təyyarə daşıyıcı qruplarını və strateji sualtı qayıq bazalarını məhv etmək üçün bir meqaton gücündə termonüvə yüklə təchiz edilə bilər.

"Xabarovsk" sualtı qayığının isə xüsusiyyətləri gizli saxlanılır. Açıq mənbələrdən alınan məlumatlara görə, sualtı qayıq yeni nüvə güc bloku ilə təchiz olunub və 6-ya qədər "Poseydon" aparatını daşıya bilər. Şimali və Sakit okean donanmalarının hər birinin tərkibində "Poseydon" aparatlarını daşıyan iki sualtı qayıq olacaq (xarici mətbuatda onları "Qiyamət gününün torpedoları" adlandırıblar).

Bu çoxməqsədli okean sistemi nüvə-raket cavab zərbəsini dəf etmək üçün Birləşmiş Ştatlar tərəfindən yaradılan qlobal raketdən müdafiə sisteminə Rusiyanın asimmetrik cavabıdır. Aprel ayında "Poseydon" sualtı dronlarını daşıyan ilk eksperimental nüvə sualtı qayığı "Belqorod" (layihə 09852) suya buraxılıb. Sualtı qayığın dənizə sınaq üçün buraxılması 15 iyun 2020-ci il tarixinə planlaşdırılıb və artıq 2020-ci ilin sentyabrında "Belqorod" Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.

Израильский солдат держит в руках беспилотник  - Sputnik Azərbaycan
Azərbaycanda "İsrail bazaları" haqqında dezinformasiyanı kim uydurur?

Suverenlik alətlərinin ixracı

2019-cu ildə Rusiya dünya silah bazarında tədarükünü artırıb və onun ümumi sifariş portfeli 54 milyard dollara çatıb. Son illərdə ixracat sabit şəkildə 15 milyard dollar səviyyəsi yaxınlığında qalır və dünya bazarının təxminən 30 faizini (dünyada ikinci yer) əhatə edir.

Rusiyanın "Su-57" təyyarəsi dünyanın müxtəlif ölkələrinin hərbi hava qüvvələrində istifadəyə qəbul edilə bilər. Çin, Hindistan, Vyetnam və Türkiyə kimi potensial alıcılarla yanaşı Əlcəzair də 12 ədəd "Su-57" təyyarəsini əldə etmək niyyətində olduğunu açıqlayıb.

2019-cu ilin ən əhəmiyyətli tədarükü Vaşinqtonun təzyiqlərinə baxmayaraq "S-400 Triumf" sistemlərinin Türkiyəyə çatdırılması olub. Müqavilədə təxminən 2,5 milyard dollar dəyərində olan dörd "S-400" diviziyasının alınması nəzərdə tutulub. Türkiyədə "Triumf" zenit-raket sisteminin bütün elementləri artıq işə salınıb.

2020-ci ilin birinci yarısında Rusiyanın bir sıra strukturları Rusiya Federasiyası Silahlı Qüvvələrinin növbəti 15 il üçün İnkişaf Konsepsiyasının aktual variantını yekunlaşdıracaq. Onun həyata keçirilməsindən isə həm Rusiyanın müttəfiqləri, həm də yaxşı qonşuları faydalanacaq.

Xəbər lenti
0