CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda "İsrail bazaları" haqqında dezinformasiyanı kim uydurur?

© AP Photo / Ariel SchalitИзраильский солдат держит в руках беспилотник
Израильский солдат держит в руках беспилотник  - Sputnik Azərbaycan
Abunə olmaq
"Foreign Policy" jurnalı ABŞ-ın siyasi və hərbi rəhbərliyində çoxsaylı anonim mənbələrə istinad edərək iddia edib ki, guya Azərbaycan ərazisində Hərbi Hava Qüvvələrinin dörd bazası İsrailin idarəsinə verilib və İsrail faktiki olaraq "Azərbaycan" hərbi aerodromunu alıb

BAKI, 25 dekabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Suverenliyi ilə kollektiv Qərb üçün əlverişsiz olan Azərbaycan Respublikası son aylarda regional dezinteqrasiyaya və Azərbaycanın qonşu ölkələrlə münasibətlərini pozmağa yönəlmiş düşmən informasiya təzyiqi ilə üzləşib.

Xarici media vaxtaşırı İsrail hərbi bazalarının və texnikasının Azərbaycanda yerləşdirilməsi və qonşu İrana Azərbaycan ərazisindən gözlənilən zərbə barədə xəbərlər yayır. Bu yaxınlarda İsrailin "İsrail24.info" və "Walla" nəşrləri "The New York Times" qəzetinə istinad edərək bu barədə məlumat yayıblar.

Вид на Иерусалим, фото из архива - Sputnik Azərbaycan
Ermənilər ayağa qalxdılar - İsraildə səfirlik istəmirik

Nüfuzlu Amerika qəzeti bildirib ki, guya Pentaqonun casus peykləri İsrailin pilotsuz uçan aparatlarının Azərbaycandakı bazalardan uçduğunu və İran sərhədindən cənuba doğru hərəkət edərək oradakı nüvə obyektlərinin foto-video çəkilişlərini apardığını, İranın hava hücumundan müdafiə sistemlərinin hazırlıq dərəcələrini yoxladıqlarını izləyib. Əgər Amerikanın nüfuzlu nəşrləri dəfələrlə eyni meydanda büdrəməsəydilər, o zaman "The New York Times" nəşrinin bu versiyasını, bəlkə də, dərin təhlil etməyə dəyərdi.

Bir müddət öncə "Foreign Policy" jurnalı ABŞ-ın siyasi və hərbi rəhbərliyində çoxsaylı anonim mənbələrə istinad edərək iddia edib ki, guya Azərbaycan ərazisində Hərbi Hava Qüvvələrinin dörd bazası İsrailin idarəsinə verilib və İsrail faktiki olaraq "Azərbaycan" hərbi aerodromunu alıb. ABŞ xarici işlər nazirliyi rəsmən və operativ şəkildə bu informasiyanı təkzib etsə də, bundan ağır təəssürat qalıb.

"Stratfor" strateji proqnozlar mərkəzi isə verdiyi məlumatda iddia edib ki, Vaşinqton və Bakı hələ 2005-ci ildə Amerika bazalarının Azərbaycanda yerləşdirilməsinə dair müqavilə imzalayıblar.

İsrail vətəndaşlarına xəbərdarlıq etdi – Azərbaycana səfər etməyin>>

Qeyd edək ki, Azərbaycanın Hərbi doktrinasına əsasən, Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir.

Bəs medianın yaydığı bütün bu hekayələr nə məqsədlə uydurulur?

Mehriban qonşuluq sülhün təməlidir

Dekabrın 22-də Azərbaycanın Müdafiə Nazirliyi İsrail hərbi texnikasının Azərbaycanda yerləşdirilməsi və ölkə ərazisindən İrana qarşı hazırlanan zərbə barədə məlumatı təkzib edib. İrana qarşı Azərbaycan-İsrail hərbi ittifaqının mümkünsüzlüyü açıq-aydın görünür – mehriban qonşuluğun ən müasir tarixi həm Bakının, həm də Tehranın tamamilə ürəyincədir. Onların ikitərəfli münasibətləri konstruktiv və müsbət şəkildə inkişaf edir.

Xatırladaq ki, Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyev hələ 2012-ci ildə Tehranda belə bir bəyanat verib: "Heç bir ölkə Azərbaycan və İranı qarşı-qarşıya qoya bilməz, İslam Respublikasına təhdid və hücum üçün Azərbaycan ərazisindən istifadə edə bilməz".

Bundan əlavə, Azərbaycan İranı məlumatlandırıb ki, İsraildən satın alınan bütün silahlar (o cümlədən ümumi dəyəri 1,6 milyard dollar olan "Gabriel" raketləri, "Barak-8" hava hücumundan müdafiə sistemləri, "Heron" və "Searcher" dronları) İrana qarşı müharibə aparmaq üçün nəzərdə tutulmayıb.

Abdullah Öcalanın şəkli ks olunan bayraqlar - Sputnik Azərbaycan
Sülh istəyinin pərdəarxası, İsrail və yunanlar Türkiyəyə qarşı

Öz növbəsində, Azərbaycanın hazırkı Müdafiə naziri Zakir Həsənov İranın Müdafiə naziri Hüseyn Dehqani ilə 2014-cü ildə Tehranda baş tutmuş görüşdə İsrail bazalarının Azərbaycan ərazisində yerləşdirilməyəcəyinə söz verib: "Heç bir qüvvə Azərbaycan ərazisindən istifadə edərək qonşu ölkələrə hücum edə bilməz. Buna imkan verməyəcəyik. Bu, Azərbaycanın rəsmi siyasətidir və bunu beynəlxalq və regional strukturlarda açıq şəkildə bildirmişik".

2017-ci ilin noyabrında isə Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin önəmli görüşü keçirilib. Tərəflər beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərinə və normalarına, eləcə də BMT Nizamnaməsinin müddəalarına sadiq olduqlarını, avtomobil, dəmir yolu və hava nəqliyyatı sahəsində əməkdaşlığın və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq sülh içində yaşamağın əsasını təşkil edir.

Kimdir müqəssir?

İran və İsrail düşmən ölkələrdir. Azərbaycan qəti olaraq öz sərhədləri yaxınlığında müharibədə və İran qaçqınlarının axınında maraqlı deyil. Buna görə də "Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirən, təxribatçı dezinformasiya kampaniyaları kimə xeyirlidir, onlar hansı məqsədləri güdür" sualına cavab vermək çətin deyil.

İsrailin Cənubi Qafqazda zərbə aviasiyası və ya pilotsuz təyyarələr üçün hərbi bazalar yaratmaqda həqiqətən maraqlı olduğunu güman etsək, onda o, niyə gizli əməliyyatlarını belə primitiv şəkildə diqqət mərkəzinə salaraq Bakı ilə milyardlar dəyərində olan silah sazişlərini təhlükə altına atsın? Razılaşaq ki, "The New York Times" qəzetinin bu məlumatları fonunda Azərbaycanın geosiyasi rolu birmənalı görünmür.

Молодая пара любуется видом на вечерний Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı israillilərin ən çox sevdiyi 10 şəhər siyahısında

Digər tərəfdən, əgər İsrail bazalarının (ən azından, boş uçuş zolaqlarının) həqiqətən də Azərbaycanda mövcud olduğunu güman etsək, ABŞ Yaxın Şərqdəki sadiq müttəfiqini niyə zərbə altında qoysun? Deyəsən, mövcud vəziyyətdə İsrail və Azərbaycanın maraqları və həqiqi qarşılıqlı münasibətləri (hərbi-texniki əməkdaşlıq) hesaba alınmır - əsas odur ki, İran sərhədlərində vəziyyət gərginləşsin. Əsas nəticədir, bu nəticənin hansı vasitə, alət və ya metodla əldə edildiyi isə vacib deyil.

Bu dezinformasiyanın, dezinteqrasiyanın və destabilizasiyanın sifarişçi-təşkilatçısını, şərti üçüncü tərəfi və ya qüvvəni Tehranın əsas əleyhdarları arasında asanlıqla tapmaq olar – onu uzun müddət İranla genişmiqyaslı müharibənin yarım addımlığında olan ABŞ-da axtarmaq lazımdır.

Prezident Donald Trampın administrasiyası Ağ Evə İranın nüvə sazişini pozmaq proqramı ilə gəlib. Lakin nədənsə bu alınmadı. Aerokosmik kəşfiyyatın məlumatlarına əsaslanaraq, Vaşinqton Tehranın nüvə-raket proqramında böyük irəliləyişə nail olduğu və onun bu gün yüzlərlə ortamənzilli raketlərə sahib olduğu qənaətinə gəlib. İranın silahlı qüvvələri "Global Firepower" reytinqində (Qərb analitikləri tərəfindən tərtib edilir) dünyada Pakistan, İsrail və Şimali Koreyadan yüksək mövqeni - 14-cü yeri tutur. ABŞ isə artıq 18 ildir ki, müttəfiqləri və tərəfdaşları ilə birgə İranın qonşusu Əfqanıstandakı "Taliban" radikal hərəkatının öhdəsindən gələ bilmir.

Xəbər lenti
0