CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MTK-ların pul tələsi - "Protokoldan çıxarış"ı pulla satırlar

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidМужчина осматривает новую квартиру
Мужчина осматривает новую квартиру - Sputnik Azərbaycan
Abunə olmaq
Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov bildirib ki, yaranmış problem sakinlərlə MTK arasında həll olunmalı məsələdir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. Bakıda mənzillərinə "protokoldan çıxarış" ala bilməyən sakinlər tikinti şirkətinin təzyiqləri ilə üzləşiblər. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində ''Olimp'' MTK-nın inşa etdiyi yaşayış binasının sakinləri məlumat veriblər.

Женщина с ребенком держат макет дома, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
“Biz nə etməliyik” sualı hər yerdə eşidiləcək – Evinizin icbari sığortası gəlir

Həmin binada yaşayan 200-dən çox ailə mənzillərinə çıxarış ala bilməməsinə etiraz edirlər. Sakinlərin sözlərinə görə, "Olimp" MTK tikinti şirkəti mənzillər üçün ''protokoldan çıxarış''ı yalnız müəyyən pul qarşılığında təqdim edir. Bildirilir ki, şirkət onlara üç sənəd verməlidir: "Daha doğrusu şirkət bu sənədləri bizə verməyə borcludur. Biz də həmin sənədləri mənzilimizə çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməliyik. Tikinti şirkəti isə o sənədləri yalnız pul qarşılığında vermək istəyir və bunun müqabilində bizdən qeyri-qanuni olaraq özlərinin təyin etdikləri məbləği tələb edirlər. Halbuki, biz mənzili alanda evin pulunu onlara ödəmişik. Biz MTK-nın sədrləri Lətif Kərimov və İsmayıl İsmayılovla görüşürük və sözümüzü onlara deyirik. Onlar isə bizə sənədləri verməkdən yayınırlar".

Sakinlərin sözlərinə görə, "protokoldan çıxarış'' sənədini MTK verməli olduğu halda şirkət rəhbərliyi müxtəlif bəhanələr gətirərək bu sənədi verməkdən imtina edir: "Şirkət evin kvadratını 30 qəpikdən hesablayaraq özündən bir məbləğ çıxarır. Mənzilimə "protokoldan çıxarış" verilməsi üçün 6000 manat pul istəyirlər. Bunlar hamısı qanunsuzdur. Pulunu verib sənədlərini alan da var" deyə sakinlər bildirirlər.

Sputnik Azərbaycan məsələni aydınlaşdırmaq üçün sözügedən şirkətlə əlaqə saxlamağa cəhd etsə də, şirkətdən telefonu qaldıran olmayıb. Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yaranmış problem sakinlərlə MTK arasında həll olunmalı məsələdir. Q. Xəlilov deyir ki, əgər sakinlərdən qanunsuz pul tələb olunursa, buna görə, hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. O ki qaldı ''protokoldan çıxarış'' adlı sənədə, Komitə sözçüsü deyir ki, evə kupça almaq üçün sakinlərin ''protokoldan çıxarış''ı alması şərtdir: "Bu sənəd sakinin tam ödəniş edib evi aldığını təsdiqləyən sənəddir. O sənəd olmasa, biz çoxmərtəbəli binalarda yaşayan sakinlərə kupça verə bilmərik".

Xəbər lenti
0