CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Biz nə etməliyik” sualı hər yerdə eşidiləcək – Evinizin icbari sığortası gəlir

© Sputnik / Nina Zotina / Mediabanka keçidЖенщина с ребенком держат макет дома, фото из архива
Женщина с ребенком держат макет дома, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Hazırda 12 sığorta şirkətinə İcbari Sığorta Bürosu tərəfindən icbari sığortanın tətbiqi, yəni müqavilənin bağlanması ilə bağlı lisenziya verilib. Vətəndaşlar bu sığorta şirkətlərini seçməkdə sərbəstdirlər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 dekabr — Sputnik. Yeni ildən evlərin icbari sığortası ilə bağlı yeni qanun qüvvəyə minəcək. Bu səbəbdən də vətəndaşların bu istiqamətdə məlumatlandırılması vacib məsələdir.

İcbari tibbi sığorta vətəndaşlara nə verəcək – Rəsmi cavab - Sputnik Azərbaycan
VİDEO
İcbari tibbi sığorta vətəndaşlara nə verəcək – Rəsmi cavab

"Bakıda artıq bir sıra yaşayış binalarına mənzillərin icbari sığortası ilə bağlı kağız bildirişlər qoyulub. Bu kağız bildirişlər reklam xarakterlidir və sığorta şirkətlərinin əməkdaşları tərəfindən maarifləndirici tədbir kimi həyata keçirilir. Bu bildirişlərdə əlaqə nömrələri yazılıb və bunlar sığorta agentlərinin əlaqə nömrələridir". Bunu sığorta üzrə ekspert İlkin İbrahimov binalara mənzillərin icbari sığortası ilə bağlı bildirişlərin qoyulmasından danışarkən Sputnik Azərbaycan-a deyib.

Sığorta eksperti bildirib ki, "İcbari sığortalar haqqında" qanun 2011-ci ildən qüvvədədir və bununla bağlı müvafiq proseslər gedir: "Amma vətəndaşlara, yəni fiziki şəxslərə münasibətdə dövlət yumşaq siyasət yeridib, cərimələr ilə bağlı sərt addımlar atmayıb. İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə edilir. Hər 20 gündən bir bu cərimələrin yenilənməsi nəzərdə tutulur. Məsələn, əgər fiziki şəxs 30 manat cərimələnibsə, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Əgər müqavilə bağlamırsa, ona təkrar cərimə tətbiq edilir. Bu da il ərzində 360 manata kimi məbləğ edir. Hüquqi şəxslərdə isə bu cərimələr daha çoxdur".

O qeyd edib ki, digər tərəfdən, ilin əvvəlindən daşınmaz əmlakın icbari sığortası ilə bağlı proses başlayıb: "Hadisələrin (məsələn, yanğınların olması) baş verməsi nəticəsində daşınmaz əmlakın icbari sığortası gündəmə gəldi. Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli sərəncamı ilə "Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı" təsdiq edildi. Sənəddə qeyd olundu ki, artıq məsələyə daha ciddi şəkildə yanaşılsın. Bu istiqamətdə 2020-ci il yanvarın 1-dən daha ciddi addımlar atılacaq".

İcbari tibbi sığorta necə tətbiq ediləcək – şöbə müdiri suallara aydınlıq gətirir

Ekspert deyib ki, İcbari Sığorta Bürosu icbari sığortaları həyata keçirir və bununla bağlı lisenziya verir: "Hazırda 12 sığorta şirkətinə İcbari Sığorta Bürosu tərəfindən icbari sığortanın tətbiqi, yəni müqavilənin bağlanması ilə bağlı lisenziya verilib. Vətəndaşlar bu sığorta şirkətlərini seçməkdə sərbəstdirlər. Vətəndaş daşınmaz əmlakın icbari sığortası məcburi olduğu üçün bu 12 sığorta şirkətindən birini seçməlidir. Əgər kimsə hansısa sığorta şirkətini seçməyə məcbur edilirsə, bununla bağlı İcbari Sığorta Bürosuna və Mərkəzi Banka müraciət edə bilər, yəni vətəndaşlar sığorta şirkətlərini seçməkdə sərbəstdirlər".

O bildirib ki, daşınmaz əmlakın sığortalanmasında standart qiymətlər müəyyən edilib - 50, 40 və 30 manat: "Bakı şəhərində mənzilin birinin sığortalanması illik 50 manatdır, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manatdır. Məcbur etmə tədbiri və cərimə tətbiq etmə mexanizmi "kupça"sı olanlara aiddir. Yeni tikilən binalarda vətəndaşlar bu sığorta növünü könüllü şəkildə ala bilərlər. Amma bu sığorta növünü almasalar da onunla bağlı cərimə gəlməyəcək. Çünki "kupça"sı olmayan yaşayış binalarında yəqin ki, cərimənin tətbiqi mümkün deyil. Sənədsiz evlər ilə bağlı da qanunda müvafiq norma nəzərdə tutulmayıb".

Входная дверь в одной из квартир жилого дома, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mənzil almaq istəyənlərə şad xəbər - Az qaldı

"Əgər qonşudan mənzilinizə su tökülübsə, vətəndaş sığorta şirkətinə müraciət edir. Sığorta şirkəti gəlib bunu qiymətləndirir və dəymiş ziyanın məbləği vətəndaşa ödənilir. Məsələn, Bakıda 50 manatın müqabilində maksimum 25 min manatlıq sığorta ödənişi ola bilər", – deyə ekspert əlavə edib.

Onu da bildirək ki, "İcbari sığortalar haqqında" qanuna görə, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Xəbər lenti
0