CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosunun bir ilinə nəzər salarkən

© Sputnik / Murad OrujovПассажиры на одной из станций Бакинского метрополитена, фото из архива
Пассажиры на одной из станций Бакинского метрополитена, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün bunlar Bakı metrosunun 2019-cu ildəki uğurlarına ümumi baxışdır. Lakin hər sahə üzrə nailiyyətlər daha genişdir və bu barədə davamlı məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq

BAKI, 27 dekabr — Sputnik. Bakı metropoliteni 2019-cu ilə yekun vurur. Bununla bağlı olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ilin ən mühüm nailiyyətləri haqda məlumat hazırlayıb.

Yeniləşən stansiyalar...

…"Bakmil"

Yeganə yerüstü stansiya - "Bakmil"də 2017-ci ilin avqustundan sərnişinlərin stansiyadan istifadə imkanlarını qismən məhdudlaşdırmaqla mərhələli şəkildə aparılan yenidənqurma işləri bu il başa çatdırılıb. Mart ayının 26-da stansiyanın açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev orada görülən işlərlə yaxından tanış olub.

Бакинский метрополитен выпустил на линию ретро-вагон с Дедом Морозом и Снегурочкой - Sputnik Azərbaycan
Metropolitenin sərnişinlərə əsrarəngiz Yeni il sürprizi

Dəmir-beton konstruksiyasının monolit şəkildə möhkəmləndirilməsi nəticəsində stansiyanın sərnişin platformasının etibarlılığı, davamlılığı artırılıb. Sərnişinlər birbaşa platformanın ikinci mərtəbədə yerləşən gözləmə zalına qəbul edilir. Birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib. Stansiya yolunun üzərində qurulan çətir sərnişinləri yağıntılardan qoruyur. Stansiyanın fasadı, memarlıq görkəmi saxlanılmaqla, gücləndirilib. Bütün infrastruktur, kommunikasiya xətləri, yanğın təhlükəsizliyi ən son texnologiyalara uyğun yenilənib, müasir işıqlandırma və informasiya-məlumat sistemləri, sərnişin avtomatikası avadanlığı quraşdırılıb, stansiya yolu beton şpallar əsasında yenidən qurulub. Yaxınlıqdakı avtomobil yolu ilə səviyyə fərqi aradan qaldırılaraq, stansiyanın birinci mərtəbəsinin yağıntılardan mühafizəsi təmin edilib və ətrafda abadlıq işləri aparılıb.

... "Xətai"

Stansiyanın əsaslı təmiri və yenidən qurulmasından sonra, sentyabrın 12-də keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Yarım əsrlik istismar müddətində köhnəlmiş, müasir dövrün tələblərinə cavab verməyən stansiya infrastrukturu mərhələlərlə yenilənib. Birinci mərhələdə stansiya bağlanmadan bir stansiya yolu, orta zalın bir hissəsi və "Xətai-Cəfər Cabbarlı" mənzilinin müvafiq tunelində əsaslı təmir işləri aparılıb. İkinci mərhələdə yeni eskalatorların quraşdırılması səbəbilə stansiyanın bağlanması zərurəti yaranıb. Burada istismar müddəti başa çatmış 3 köhnənin əvəzinə, funksionallığı ilə seçilən 4 müasir eskalator quraşdırılıb. Stansiyanın giriş vestibülü, platformanın orta zalının divarında Şah İsmayıl Xətai və onun yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyası da bərpa olunub.

Yeni tipli qatarlar

İli vaqon parkının yenilənməsi baxımından da əhəmiyyətli hesab etmək lazımdır. "Xətai" stansiyasında görülən işlərlə tanışlıq zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu ildə Bakı metropoliteni xətlərinə buraxılan daha bir müasir tipli qatar tərkibi ilə tanış olub.

Станция метро Нариман Нариманов - Sputnik Azərbaycan
Metronun problemləri bitib-tükənmək bilmir

2019-cu ilin yanvar ayında bağlanmış müqaviləyə əsasən, il ərzində Bakıya 30 vaqon gətirilib. Bu da əvvəlki üç illə müqayisədə daha çoxdur. 2015-ci ildən "Metrovaqonmaş" Səhmdar Cəmiyyətindən 81-760.B/761.B/763.B tipli 15 vaqon, 2018-ci ildə 81-765/766 tipli 10 vaqon alınmışdı. 2019-cu ildə alınmış 30 vaqonla metropolitenin lokomotiv parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib. Yeni vaqonlar innovasiyalar baxımından ən müasir 4-cü nəslə mənsubdur və sifarişçinin texniki şərtləri əsasında hazırlanıb. Maksimal sürəti saatda 90 kilometr olan qatarlarda vaqon qapılarının daha enli olması minib-düşmə prosesini daha rahat və sürətli edib. Vaqonlararası birbaşa keçid sərnişin tutumunu 15 faiz artırır, sərnişinlərin qatar boyunca bərabər paylanmasını, rahatlığını və təhlükəsizliyini təmin edir. Ultrabənövşəyi lampalar havanın bioloji təmizliyini təmin edir. Daxili və xarici kameralarla videomüşahidə aparılır. İşıqdiodlu cihazların tətbiqi elektrik enerjisi sərfiyyatını 50 faiz azaldır, işıqlandırıcıların istismar müddətini 75 faiz artırır.

Vaqon təchizatı ilə bağlı 2019-cu ilin əlamətdar hadisələrindən biri uzunmüddətli müqavilənin bağlanmasıdır. Qarşıdakı 3 ildə Bakı metropolitenində istismardan çıxarılacaq vaqonların yerinə "Metrovaqonmaş"da hər il, ümumilikdə, 20 vaqon istehsal ediləcək.

2017-ci ilin noyabr ayında yaradılmış vaqonların əsaslı təmiri sexinin nailiyyətləri də ilin əhəmiyyətli hadisələrindəndir. Burada iki qatarın tam modernləşdirilməsi aparılıb.

İlham Əliyev Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub - Sputnik Azərbaycan
HADİSƏ
Bakı metrosunda həyəcanlı anlar: Gənc oğlanı son anda xilas etdilər

Stansiyaların da elektrik təchizatı müasir tələblər səviyyəsinə çatdırılır. "İçərişəhər" yarımstansiyasında bu işlər başa çatmaq üzrədir. Orada 2 güc (630 kvA), 2 işıqlandırma (400 kvA) və işarəvermə avadanlığının qidalanmasını təmin edən 2 qurğu (63 kvA) olmaqla, cəmi 6 transformator dəyişdirilib. "Sahil", "Gənclik", "Elmlər Akademiyası" yarımstansiyaları tamamilə yenidən qurulub. Qarşıdakı ildə "Nəriman Nərimanov" yarımstansiyası da eyni tələblər çərçivəsində yeniləşəcək.

Bakı metropoliteninin mövcud Yaşıl və Qırmızı xətlərində qatarların hərəkəti SAT-ALİ (sürəti avtomatik tənzimləmə, avtomatik lokomotiv idarəetmə) sistemləri əsasında həyata keçirilir.

Müasir havalandırma sistemləri

2019-cu ildə havalandırma sisteminin yenidənqurulması sürətləndirilib. 2018-ci ildə ventilyatorların optimal iş qrafiki yaradılıb, bu il 7 ən müasir ventilyator alınaraq quraşdırılıb. Rusiyanın "Ventprom" maşınqayırma zavodunun istehsalı olan ventilyatorlardan 4-ü "VOM 24R", 3-ü isə "VOM 20" tiplidir.

2020-ci ildə isə 16 yeni ventilyator alınaraq, onlardan 10-u məhz mövcud xətlərdə quraşdırılacaq.

Bütün bunlar Bakı metrosunun 2019-cu ildəki uğurlarına ümumi baxışdır. Lakin hər sahə üzrə nailiyyətlər daha genişdir və bu barədə davamlı məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq.

Xəbər lenti
0