Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu il manat türk lirəsinə, avroya, gürcü larisinə qarşı bahalaşıb

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"2019-cu ildə inflyasiya 2,6 faiz olmaqla illik hədəfdən az olub. Bu il manat ABŞ dolları ilə məzənnəsini sabit saxlayıb"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. "Bu ilin ilk 11 ayında dövlət büdcəsinin profisiti 957 milyon manata çatıb, ticarət balansında 6 milyard ABŞ dolları müsbət saldo yaranıb. Strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına çatmaqla 37 aylıq mal və xidmət idxalına kifayət edir və xarici borcu altı dəfə üstələyir".

100 manat, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bank inflyasiya proqnozunu endirib

Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 2019-cu ildə inflyasiya 2,6 faiz olmaqla illik hədəfdən az olub: "Bu il manat türk lirəsinə, avroya, gürcü larisinə qarşı bahalaşıb, Ukrayna qrivnası, Rusiya rublu və yapon yeninə qarşı isə ucuzlaşıb, ən əsası ABŞ dolları ilə məzənnəsini sabit saxlayıb. Manatın real effektiv məzənnənin ucuzlaşması isə qeyri-neft ixracını stimullaşdırıb. Qeyri-neft ixracı 16 faiz artıb. Vergi-gömrük islahatları və "kölgə iqtisadiyyatı" ilə mübarizə nəticəsində dövlət büdcəsinə 2019-cu il ərzində 1 milyard manat proqnozdan əlavə vəsait daxil olub. Dövlət büdcəsinin artan imkanları hesabına həyata keçirilən sosial islahat paketi 4,2 milyon nəfəri əhatə etməklə 2,3 milyard manata başa gəlib".

"Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Bankların kredit qoyuluşu 11 faiz artıb", - deyə o qeyd edib.

O bildirib ki, 2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları aparılıb: "Dünya Bankının "Doing Business" hesabatında 20 ən islahatçı ölkədən biri olan Azərbaycanın kredit reytinqini "Moody"s" sabit "Ba2" səviyyəsində müəyyənləşdirmiş, "Fitch" isə bu reytinqi təsdiqləyib. Bu il Beynəlxalq İnkişaf Assosiasiyası Azərbaycana rəsmi olaraq beynəlxalq aləmdə donor ölkə statusu verib".

Xəbər lenti
0