CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki rayonda operativ hava şəraitini təyin edən radar quraşdırılacaq

© Sputnik / Murad OrujovŞamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Radarların alınması prosesi 2023-cü ilədək davam edəcək. Bu radarlar qonşu ölkələrdən Azərbaycana daxil olan hava kütlələrini daha aydın izləməyə və daha operativ məlumat hazırlamağa imkan verəcək

BAKI, 25 dekabr — Sputnik. "Hazırda Azərbaycana gətirilən ABŞ istehsalı olan iki dopler radarının quraşdırılması işləri aparılır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva keçirdiyi brifinqdə deyib.

Осень, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qış və yay arasında əlaqə yoxdur - İllərin inancı təkzib edildi

Onun sözlərinə görə, radarlardan biri Şamaxıda, digəri isə Göygöl ərazisində quraşdırılacaq: "Avadanlıqlar istifadəyə verilməmişdən əvvəl mütəxəssislər üçün bir aylıq təlimlər keçiriləcək. Bundan sonra, təxminən, gələn ilin birinci rübündə radarların istismara verilməsi nəzərdə tutulur".

Radarlar vasitəsilə hava haqqında məlumatlar operativ şəkildə gün ərzində tez-tez yenilənəcəyini deyən direktor vurğulayıb ki, radarların radiusu kifayət qədər genişdir: "Dövlət investisiyası çərçivəsində növbəti illərdə Şəkidə də daha bir radarın quraşdırılması mümkün olacaq. Radarların alınması prosesi 2023-cü ilədək davam edəcək. Bu radarlar qonşu ölkələrdən Azərbaycana daxil olan hava kütlələrini daha aydın izləməyə və daha operativ məlumat hazırlamağa imkan verəcək. Radarların quraşdırıldığı ərazilər seçilərkən bu amil də nəzərə alınıb".

Xəbər lenti
0