CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qış və yay arasında əlaqə yoxdur - İllərin inancı təkzib edildi

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidОсень, фото из архива
Осень, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Umayra Tağıyevanın sözlərinə görə, çoxillik meteoroloji məlumatlarının təhlili də göstərir ki, fəsillər arasında heç bir əlaqə yoxdur

BAKI, 25 dekabr — Sputnik. "Qış dövründə müşahidə edilən hava şəraiti ilə yayda gözlənilən hava şəraiti arasında anologiyalar izləmək mümkün deyil".

Пасмурная погода, фото из архива - Sputnik Azərbaycan
Belə çıxır ki, səhv yaşamışıq: Sinoptiklər dörd yox, altı fəsildən danışdılar

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva builki qışın mülayim keçməsi ilə əlaqədar yayın da isti keçəcəyi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, çoxillik meteoroloji məlumatlarının təhlili də göstərir ki, qış və yay arasında heç bir əlaqə yoxdur.

U.Tağıyeva qeyd edib ki, son 10 ildə iqlimin daha sürətlə dəyişməsi müşahidə olunur: "Qlobal iqlim dəyişməsi bütün dünyanı narahat edən prosesdir. Azərbaycan da iqlim dəyişmələrinin qarşısının alınması üçün üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, ölkədə istilik effekti yaradan qazların konsentrasiyasının azaldılmasına yönələn tədbirlər həyata keçirir".

Xəbər lenti
0