Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Vəziyyəti pisləşən Xalq artistinin müalicəsini Heydər Əliyev Fondu üzərinə götürdü

© Sputnik / Murad OrujovXalq artisti Rafael Dadaşov
Xalq artisti Rafael Dadaşov - Sputnik Azərbaycan
Abunə olmaq
Aktyorun ölkə xaricinə aparılıb-aparılmayacağına dair suala oğlu qısa olaraq "Xeyr. Öz klinikalarımızda şərait yaxşıdır. Xaricə aparılmağına ehtiyac yoxdur" cavabını verib

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. Bir müddətdir ki, Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhətində ciddi problem yaranıb. Sputnik Azərbaycan xəbər verir ki, aktyorun diaqnozu ürəyin işemik xəstəliyi, infarktdan sonrakı skleroz və ağ ciyərlərin xroniki xəstəliyidir.

Актер шоу «Уральские пельмени» Роман Постовалов - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Rusiyalı aktyor Bakıda ət qutabı bişirdi - VİDEO

Rafael müəllimin səhhəti ilə əlaqədar oğlu ilə əlaqə saxladıq. O, hazırda R.Dadaşovun müalicəsinin davam etdirildiyini bildirdi: "Atamın müalicəsi Bakıda özəl klinikaların birində aparılır. Vəziyyəti normaldır. Heydər Əliyev Fondu bütün xərcləri öz üzərinə götürüb".

Aktyorun ölkə xaricinə aparılıb-aparılmayacağına dair suala oğlu qısa olaraq "Xeyr. Öz klinikalarımızda şərait yaxşıdır. Xaricə aparılmağına ehtiyac yoxdur" cavabını verdi.

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov dekabrın əvvəlində səhhətində yarandığı problemlə əlaqədar olaraq Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Xatırladaq ki, Xalq artisti Rafael Dadaşov 1946-cı ildə Naxçıvanda doğulub. 1987-ci ildə Əməkdar artist, 16 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır. Bu ilin oktyabr ayında ölkə rəhbərinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Xəbər lenti
0