CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyalı aktyor Bakıda ət qutabı bişirdi - VİDEO

© Instagram / postovalovАктер шоу «Уральские пельмени» Роман Постовалов
Актер шоу «Уральские пельмени» Роман Постовалов - Sputnik Azərbaycan
Abunə olmaq
"Uralskiye pelmeni" şousunun aktyoru Roman Postovalov həm Bakının görməli yerlərini gəzdi, həm də Azərbaycanda məşhur olan təamı hazırlamağı öyrəndi

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. Rusiyanın "Kirayə şəhər" layihəsi çərçivəsində KVN-çi, "Uralskiye pelmeni" ("Ural düşbərələri") şousunun aktyoru Roman Postovalov Bakıya gəlib. Burada o, qutab da bişirib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə videoçarx verilişin YouTube səhifəsində yerləşdirilib. Postovalov Dənizkənarı bulvarda olub, Xalça Muzeyinə, Heydər Əliyev Mərkəzinə, Atəşgah məbədinə baş çəkib, İçərişəhəri və Bakı bazarını gəzib. Yerli restoranlardan birində aktyor məşhur Azərbaycan qutabını bişirməyin qaydasını öyrənib.

"Baş aşpaz məni təriflədi və dedi ki, heç çox azərbaycanlı qadın mənim kimi yuxa yaya bilmir. İndi bilmirəm, bu, komplimentdir, ya yox, amma yenə ümid edirəm ki, tərifdir. Sadəcə olaraq o bilmirdi ki, Rusiyada uşaqlar ailəlikcə düşbərə bişirəndə "aşpaz karyerasına" xəmir yaymaqla başlayırlar. Qutab düşbərəyə çox oxşayır, ona görə də onu hazırlamaq asandır", - Postovalov qeyd edib.

Aktyor və teleaparıcının sözlərinə görə, Bakıda qədimliklə müasir memarlığın gözəl ahənginə heyran olub. Həmçinin, onun fikrincə, bu şəhərdə pozitiv və mehriban insanlar yaşayırlar. 

"Kirayə şəhər" layihəsi müxtəlif şəhərlər, onların görməli məkanları, yerli mətbəx və mədəniyyətdən bəhs edir. Verilişin aparıcıları hər dəfə dəyişir.

Xəbər lenti
0