Sarqsyanın qardaşı oğlu həbs edildi

© Sputnik / Sergey Guneev / Mediabanka keçidСерж Саргсян
Серж Саргсян - Sputnik Azərbaycan
Abunə olmaq
Çexiyadan Ermənistana ekstradisiya olunan Narek Sarqsyan hazırda istintaq təcridxanalarından birində saxlanılır

BAKI, 24 dekabr — Sputnik. Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanın həbs olunması ilə bağlı qərar çıxardıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğu məlumat yayıb.

Ermənistanda polis, arxiv şəkli - Sputnik Azərbaycan
Sarqsyanın qardaşı oğlu əli qandallı Yerevana gətirildi – VİDEO

Qeyd edək ki, Çexiyadan Ermənistana ekstradisiya olunan Narek Sarqsyan hazırda istintaq təcridxanalarından birində saxlanılır.

Xatırladaq ki, dekabrın 21-i Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın axtarışda olan qardaşı oğlu Narek Sarqsyan Çexiyadan Ermənistana gətirilib.

Qeyd edək ki, Narek Sarqsyan silah saxlanılması, narkotik və fırıldaqçılıq işi çərçivəsində axtarışa verilib. O, həmçinin "adam oğurluğu" maddəsi ilə də ittiham olunur.

"Sarqsyan dekabrın 21-i Ermənistan Polisinin əməkdaşlarının müşayiəti ilə Yerevana gətirilib", - deyə Ermənistan Polisinin yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, Sarqsyan saxta Qvatemala pasportu ilə Praqada saxlanılmışdı. Daha əvvəl Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onun Ermənistana ekstradisiya edilməsinə razılıq vermişdi.

Xəbər lenti
0