BAKI, 21 dekabr — Sputnik. Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın axtarışda olan qardaşı oğlu Narek Sarqsyan Çexiyadan Ermənistana gətirilib. Bu barədə Sputnik Ermənistan bu ölkənin polisinə istinadən xəbər verir.
Qeyd edək ki, Narek Sarqsyan silah saxlanılması, narkotik və fırıldaqçılıq işi çərçivəsində axtarışa verilib. O, həmçinin "adam oğurluğu" maddəsi ilə də ittiham olunur.
"Sarqsyan dekabrın 21-i Ermənistan Polisinin əməkdaşlarının müşayiəti ilə Yerevana gətirilib", - deyə Ermənistan Polisinin yaydığı məlumatda bildirilir.
Xatırladaq ki, Sarqsyan saxta Qvatemala pasportu ilə Praqada saxlanılmışdı. Daha əvvəl Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onun Ermənistana ekstradisiya edilməsinə razılıq vermişdi.