Bobkov: “Rusiya daha bir infrastruktur sıçrayışına imza atıb”

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidКрымский мост через Керченский пролив
Крымский мост через Керченский пролив - Sputnik Azərbaycan
Abunə olmaq
Bazar ertəsi Rusiya Prezidenti Vladimir Putin Kerç boğazı üzərindəki körpüdə sərnişin dəmiryolu nəqliyyatını rəsmi olaraq açıb

BAKI, 24 dekabr — Sputnik. Avropa İttifaqı (Aİ) Kerç boğazı üzərində körpü inşası ətrafındakı siyasi oyunu dayandırmalı və ikili standart siyasətdən uzaqlaşmalıdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu siyasətçi Vladimir Bobkov deyib.

Rusiya-Azərbaycan sərhədindən keçən Samur çayının üzərində yeni avtomobil körpüsünün açılış mərasimi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan və Rusiya arasındakı köhnə körpü yenisi ilə əvəz edildi

Bazar ertəsi Rusiya Prezidenti Vladimir Putin Kerç boğazı üzərindəki körpüdə sərnişin dəmiryolu nəqliyyatını rəsmi olaraq açıb. Yük dəmir yolu nəqliyyatının isə 2020-ci il iyulun 1-dən istifadəyə verilməsi planlaşdırılır. Bundan sonra Aİ-nin Avropa Xarici Əlaqələr Xidmətinin rəsmi saytında dəmir yolu nəqliyyatının açılmasının "Rusiya tərəfindən Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün bir daha pozulması" olduğunu bildirən bəyannamə yerləşdirilib.

Bobkovun sözlərinə görə, Aİ mövqeyi ilə faktiki olaraq ikili standartlar siyasətini nümayiş etdirir.

"Kerç boğazı üzərində körpünün inşası tarixi bir hadisədir və bunu qəbul etmək lazımdır. Rusiya daha bir infrastruktur sıçrayışına imza atıb", - siyasətçi RİA Novosti-yə deyib.

"Avropalıların bu cür infrastruktur sıçrayışlarına (Danimarka ilə İsveç arasındakı Öresund körpüsünün inşası) sevindiyinə dair nümunələr var. Bu gün isə onlar nədənsə təəssüf edirlər. Bütün bunlar ikili standartlar siyasətidir. Körpü inşası kimi əlamətdar işləri mənfi işarə ilə qiymətləndirmək çətindir, buna görə də Aİ-nin bəyanatı yalnız pis niyyət kimi görülə bilər", - Bobkov əlavə edib.

Xəbər lenti
0