CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İndi də balıq və inəyə keçirik – Onların da sağlam olmasına pul xərclənəcək

© Sputnik / Sait Tsarnayev / Mediabanka keçidКоровы в частном фермерском хозяйстве
Коровы в частном фермерском хозяйстве - Sputnik Azərbaycan
Abunə olmaq
50 faiz həcmində sığorta haqqı dövlət tərəfindən qarşılanacaq. Yəni 100 manat sığorta haqqının 50 manatı dövlət tərəfindən veriləcək

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Gələn ildən Azərbaycanda buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq, 1 yaşdan 7 yaşadək südlük inək və camışlar, həmçinin balıqçılıq təsərrüfatlarının aqrar sığortaya cəlb edilməsi nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli qərarı ilə "Aqrar sığorta predmetinin Tərkibi" təsdiq edilib. Bu qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Покупатель у прилавка с крупами, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İldə iki dəfə silkələnən bazar - bayramdan-bayrama yaşamağa öyrəşməliyik?

Bəs, sığorta məsələsi bütün kənd təsərrüfatı məhsullarını əhatə edəcəkmi? Aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi nə qədər olacaq?

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, bu, 2020-ci ildən tətbiq ediləcək və burada pilot yanaşma olacaq: "Bu, ölkə üzrə birdən-birə kütləvi şəkildə başlaya bilməz. Çünki ilkin olaraq sığorta bazarının vəziyyəti təhlil edilməlidir. Hətta banklar aqrar sektora kredit verməkdən çəkinirlər. Sığorta bazarı iştirakçılarının strukturunu formalaşdırmaq lazımdır. 2018-ci ildə kənd təsərrüfatında sığorta yığımı cəmi 15-16 min manat civarında olub ki, bu da bitkiçilik sahəsi üzrədir. Sığorta şirkətləri bunları riskli sahə kimi qiymətləndirirlər. Bizdə sığorta bazarı çox geniş deyil".

"Digər tərəfdən, burada ilkin olaraq ərzaq təhlükəsizliyi üçün vacib olan bitki və heyvandarlıq məhsulları seçilib. Bu, ilk siyahıdır və prosesin gedişində əlavələr ediləcək. Məsələn, soğan vacib məhsullardan biridir. Yəqin işin gedişatı zamanı bu məhsullar da siyahıya əlavə ediləcək. Amma siyahıda hələlik ən vacib məhsullar əsas götürülüb", – deyə o qeyd edib.

O bildirib ki, burada qarşılıqlı inamsızlıq faktoru da var və fermer və sığorta şirkəti arasında qarşılıqlı inam yaratmaq lazımdır: "Aqrar Sığorta Fondunun bu proseslərdə təminatı olacaq. Aqrar sığorta haqqı aqrar sığortalı tərəfindən ödənilməli olan hissədən və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissədən ibarətdir. Burada sığorta risklərini və ya zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran müstəqil ekspertlər olacaq. İlkin və yeni müstəqil ekspert tərəfindən verilmiş rəylər bir-birindən fərqli olduqda aqrar sığorta orqanının Apellyasiya Şurasında baxılacaq və müvafiq qərar qəbul ediləcək. Yəqin sığorta haqlarını yaxın günlərdə elan edəcəklər".

Kənd Təsərrüfatı Nazirliyinin aqrar sığorta üzrə nümayəndəsi Fuad Sadıqov bildirib ki, növbəti mərhələdə idarəedici qurumu formalaşdıracağıq və bunun da təsisçiləri sığorta şirkətləri olacaqlar: "Sığorta şirkətləri bölgələrdə, ərazilərdə sığorta xidmətlərini fermerlərimizə təqdim edəcəklər. Yəni fermerin bölgədən Bakıya gəlməsinə ehtiyac olmayacaq. Sığorta şirkətlərinin bu işə cəlb edilməsindən sonra 2020-ci ilin iyun-sentyabr aylarında ilk müqavilələri bağlamaq mümkün olacaq. İlk müqavilələrin bağlanması yəqin gələn ilin ortalarına təsadüf edəcək".

Sığorta haqlarına gəlincə, F.Sadıqov qeyd edib ki, sığorta haqları ilə bağlı məhsulun şərtlərində geniş məlumat veriləcək: "Aqrar Sığorta Fondu fəaliyyətə başladıqdan dərhal sonra göstərilən predmetlər üzrə məhsullar hazırlanacaq. Məhsul şərtlərində qiymətlər ətraflı olaraq istehlakçılara təqdim olunacaq. 50 faiz həcmində sığorta haqqı dövlət tərəfindən qarşılanacaq. Yəni 100 manat sığorta haqqının 50 manatı dövlət tərəfindən veriləcək, 50 manatı isə aqrar sığortalı tərəfindən ödəniləcək. Hətta nəzərdə tutulub ki, istehsalçı tərəfindən ödənilən pay hissəli ödənişlərlə də bölünə bilər".

Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Professor Azərbaycanda sığorta sisteminin inkişaf potensialından danışır

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına görə, hər il üçün sığorta məhsulları müəyyən edilərək, həmin il yanvarın 15-dək Aqrar Sığorta Fondu tərəfindən rəsmi elan ediləcək. Bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur.

Xatırladaq ki, dövlət başçısı avqustun 19-da "Aqrar sığorta haqqında" 2019-cu il 27 iyun tarixli qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Fərman imzalayıb. Aqrar Sığorta Fondu Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edəcək və onun fəaliyyətinə nəzarəti həyata keçirəcək. Fərmana əsasən, fondun ilkin nizamnamə kapitalı 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. 2020-ci və 2021-ci illərdə isə fondun nizamnamə kapitalı müvafiq olaraq 5 milyon manat və 3 milyon manat artırılacaq. Beləliklə, 2021-ci ildə fondun nizamnamə kapitalı 9 milyon manata çatacaq.

Azərbaycanda yeni sığorta növü yaradılır, vəsaiti silməyib gələn ilə saxlayacaqlar

"Aqrar sığorta haqqında" qanuna görə, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır: təbii fəlakətlər; yanğınlar; bitki xəstəlikləri və zərərvericilər; yoluxucu xəstəliklər və zəhərlənmələr; vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu; üçüncü şəxslərin hərəkətləri.

Xəbər lenti
0