BAKI, 24 dekabr — Sputnik. Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Qazaxıstan mətbuatına müsahibə verib.
Sputnik Azərbaycan apasport.az-a istinadla xəbər verir ki, gələcək karyerası barədə danışan braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionu “Qarabağ”dan ayrıldığını açıqlayıb.
- “Qarabağ”dan gedəcəyinizlə bağlı xəbərlər var...
- Bəli, belədir.
- İcarədən “Astana”ya qayıdırsınız?
- Biz qarşılıqlı razılıqla “Astana” ilə müqaviləmə xitam vermişik.
- Bu nə vaxt baş verib?
- 3-4 ay əvvəl.
- Özünüzə yeni klub tapmısınız?
- Agentim bir neçə klubla danışıb. Amma hələ qərar verməmişəm. İndi məzuniyyətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm.
- Bu siyahıda Qazaxıstan klubu var?
- Hələ ki, yoxdur. Qazaxıstandan heç kim agentimlə əlaqə saxlamayıb.