CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ilk dəfə VAR sistemindən istifadə olunub

© Sputnik / Shahperi Abbasova"Prezident kuboku" uğrunda çövkən milli oyunu
Prezident kuboku uğrunda çövkən milli oyunu - Sputnik Azərbaycan
Abunə olmaq
"Buta Golden" və "Omar" komandalarının görüşündə baş hakim qayda pozuntusundan sonra VAR-a müraciət edib. O, görüntülərə baxdıqdan sonra "Buta Golden"in oyunçusunu meydandan 2 dəqiqəlik kənarlaşdırıb

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Azərbaycanda ilk dəfə çövkən milli oyunu üzrə yarışda videotəkrar (VAR) sistemindən istifadə olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunun final görüşündə gerçəkləşib.

"Buta Golden" və "Omar" komandalarının görüşündə baş hakim qayda pozuntusundan sonra VAR-a müraciət edib. O, görüntülərə baxdıqdan sonra "Buta Golden"in oyunçusunu meydandan 2 dəqiqəlik kənarlaşdırıb.

Qeyd edək ki, bu gün saat 11:00-dan Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turnirinə start verilib. Turnirdə Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Atçılıq Federasiyasının prezidenti, general-polkovnik Elçin Quliyev, Mədəniyyət naziri Əbülfəs Qarayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan da iştirak edir.

Xəbər lenti
0