CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkələrdə yayılan görüntülər və şikayətlə bağlı MSK sədrindən açıqlama

© Sputnik / Murad OrujovПредседатель Центральной избирательной комиссии Азербайджана Мазахир Панахов
Председатель Центральной избирательной комиссии Азербайджана Мазахир Панахов - Sputnik Azərbaycan
Abunə olmaq
"1606 bələdiyyəyə seçki keçirilir, sosial şəbəkələrdə yayılan görüntülərdən 10-15 bələdiyyə ilə bağlı görüntüləri yadda saxlaya bildim"

BAKI, 23 dekabr — Sputnik. “Mərkəzi Seçki Komissiyası sosial şəbəkələrdə bələdiyyə seçkiləri ilə bağlı qoyulan görüntüləri araşdırmağa başlayıb”.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov qeyd edib ki, sosial şəbəkələrdəki görüntülər ciddi araşdırılacaq: “Heç kimə hüquq verilməyib ki, Azərbaycan seçicisinin hüququna müdaxilə edilsin. MSK sosial şəbəkələrdəki görüntüləri ciddi şəkildə araşdıracaq və nəticələrini ictimailəşdirəcək. Onu da deyim ki, 1606 bələdiyyəyə seçki keçirilir, sosial şəbəkələrdə yayılan görüntülərdən 10-15 bələdiyyə ilə bağlı görüntüləri yadda saxlaya bildim”.

Bu gün bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb. Məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

116 yaşlı seçici Zəhra Bənnayeva bələdiyyə seçkilərində səs verib - Sputnik Azərbaycan
SİYASƏT
116 yaşlı seçici bələdiyyə seçkilərində səs verdi – VIDEO

B. Əsgərov bildirib ki, 75 saylı Lənkəran-Masallı seçki dairəsində Türkoba bələdiyyəsinə namizədlər Nofəl Cəfərov və Ələkbər Şükürov tərəfindən MSK-ya bələdiyyə seçkisində səsvermə zamanı 29 və 30 saylı seçki məntəqələrində Türkoba ərazi nümayəndəsi Leyla Əzizova və icra nümayəndəsinin müavini Əfqan İbrahimov tərəfindən topa bülletenlər atılması barədə müraciət daxil olub. Müraciətdə bildirilib ki, icra nümayəndəsi və müavini namizədlərə hara istəyirlər, şikayət etmələrini, bunun mənasız olacaqlarını söyləyiblər.

MSK müraciətin 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasına göndərilməsi barədə qərar qəbul edib. MSK sədri Məzahir Pənahov deyib ki, 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyası müraciətə operativ qaydada baxmalıdır.

Xəbər lenti
0