İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 23 dekabr — Sputnik. 108 saylı Ağstafa Seçki Dairəsinin ən yaşlı seçicisi Zəhra Bənnayeva məntəqəyə gələrək səs verib. Aşağı Kəsəmən sakini olan 116 yaşlı Zəhra nənə dairənin 19 saylı seçki məntəqəsində öz seçimini edib. Bütün seçkilərdə iştirak etdiyini deyən yaşlı seçici hər kəsi seçkidə iştirak etməyə səsləyib.
Qeyd edək ki məntəqədə 1453 seçici qeydiyyata alınıb və onlar 25 nəfər namizəd arasında öz seçimlərini etməlidirlər. Onlardan 450 nəfəri 70 yaşdan yuxarı olan seçicilərdir.
Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar 7 dairədə bələdiyyə yoxdur. Səsvermədə seçki hüququ olan 4 972 356 vətəndaş iştirak edə bilər. 1606 bələdiyyə üzrə 15 156 yer uğrunda 41 462 namizəd mübarizə aparır. Səsvermə saat 19:00-da başa çatacaq. MSK-nın məlumatına görə, seçkilərdə 52 636 yerli və 17 beynəlxalq müşahidəçi akkreditə olunub. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb və onlayn yayım aparılır.