Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kapital durmadan artırılır: Şansınız hər keçən gün daha da yüksəlir

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов на столе
Пачки азербайджанских манатов на столе - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Fondun bazarda olması əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün bir mexanizmdir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 637 milyon manata çatdırılıb. Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 16-da bununla bağlı fərman imzalayıb. 31 sentyabr 2019-cu il tarixində Fond 566 milyon manat nizamnamə kapitalına malik olub. Beləliklə, Fondun nizamnamə kapitalı əlavə 71 milyon manat da artırılıb. Qeyd edək ki, bundan öncə isə Fondun nizamnamə kapitalı 466 milyon manat olub.

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Prezident yenə əsəbləşdi - Kredit ayırmağı dayandırın

Fondun nizamnamə kapitalının artırılması ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, bu kimi fondların öhdəlikləri ilə aktivləri arasında fərq yarananda bunu aradan qaldırmaq üçün nizamnamə kapitalını artırırlar: "Son dövrlərdə Fond bazarda böyük həcmdə istiqrazlar yerləşdirib və bunun hesabına vəsaitlər cəlb edib. Beləliklə də öhdəlikləri artıb. Nizamnamə kapitalının artırılması yolu ilə bu fərq aradan qaldırılmalıdır. Bu, maliyyə məsələsidir və davamlı olaraq atılan addımdır. Çünki illər keçdikcə Fondun bazarda vəsaitlərinin həcmi artır. Və bu vəsaitlərin müəyyən bir qismini də alternativ maliyyə mənbələrindən cəlb edir. Bu da fondun aktivləri və passivləri arasında fərqin yaranmasına gətirib çıxardır. Bu zaman qanunvericiliyə uyğun olaraq nizamnamə kapitalının artırılması yolu ilə bu fərqin ardan qaldırılması zərurəti yaranır. Nizamnamə kapitalının artırılması bununla əlaqədar atılan addımdır".

O bildirib ki, İpoteka və Kredit Zəmanət Fondunun bazarda olması əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün bir mexanizmdir: "Bu, mənzil təminatının yaxşılaşdırılmasına təsir göstərir. Fond bazarda daha fəal iştirak edirsə, yəni ipoteka kreditlərinin sayı artırsa, bu, bazarda tələbi artıran amildir. Tələb artırsa, bu, müəyyən qədər qiymətlərə artım istiqamətli təsir göstərə bilir. Amma indiki halda görünən ondan ibarətdir ki, daha asta templə bazarda iştirakçılığa üstünlük verilir. Bu da növbəti dövrlərdə qiymətlərə ciddi təsirin olacağını proqnozlaşdırmağa əsas vermir. Ümumiyyətlə, Fond əhalinin mənzil təminatının gücləndirilməsinə müsbət təsir göstərir".

"Sosial layihələrdən biri olan kirayə mənzillərin verilməsi mexanizmi əhalinin mənzil şəraitini yaxşılaşdırılması istiqamətində dördüncü mexanizm hesab oluna bilər. Bu alternativlərin olması gənc ailələrin, aztəminatlı sosial qrupların mənzil şəraitinin yaxşılaşdırılmasına öz təsirini göstərəcək", – deyə o əlavə edib.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Fondun nizamnamə kapitalının artırılması ən azı insanlara daha çox kredit verilməsi imkanlarını da artıra bilər: "Ya nizamnamə kapitalının artırılması, ya da dövlət büdcəsindən əlavə vəsaitlərin ayrılması yolu ilə veriləcək kreditlərin həcminin artırılmasına çalışılır. Bunu bir tərəfdən anlayışla qarşılamaq olar. Digər tərəfdən isə Fond özü-özünü maliyyələşdirməlidir. Hazırda həyata keçirilən layihələr çərçivəsində Fond tərəfindən veriləcək ipotekaların həcminin artırılmasına şərait yaranıb. Buna görə də nizamnamə kapitalının artırılması yolu ilə əlavə vəsaitin kreditlərə yönləndirilməsinə çalışılır. Ola bilər, gələcəkdə daha çox insanın Fondun xidmətlərindən istifadə edərək mənzil sahibi olmasına imkanlar artsın".

İpoteka kreditlərinə marağı necə artırmaq olar – professor danışır

Onu da qeyd edək ki, ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası" təsdiq edilib.

Təsdiq edilmiş Qayda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı müvafiq mexanizmin yaradılmasını nəzərdə tutur. Mexanizm çərçivəsində Fond tərəfindən müvafiq yaşayış sahələrinin ölkə vətəndaşlarına satmaq öhdəliyi ilə uzunmüddətli kirayəyə verilməsi həyata keçiriləcək.

Вывеска агенства недвижимости перед домом в Чикаго - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dünya uçurumun astanasında - ABŞ-da ipoteka borcları rekord həddə çatdı

Satmaq öhdəliyi ilə kirayə mexanizminin tətbiqi ilk növbədə həm ilkin ödənişi olmayan, həm də gəlir səviyyəsi ipoteka kreditinin götürülməsi üçün kifayət etməyən vətəndaşların öz mənzil şəraitlərini yaxşılaşdırmasına imkan yaradacaq.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" yaradılıb.

Xəbər lenti
0