Prezident yenə əsəbləşdi - Kredit ayırmağı dayandırın

© REUTERS / KEVIN LAMARQUEBirləşmiş Ştatlar Prezidenti Donald Tramp
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu necə mümkün olur? Çinin kifayət qədər pulu var və əgər onlarda bu vəsait yoxdursa, onda onlar bunu yaradırlar"

BAKI, 7 dekabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Çinə qarşı növbəti çıxışı ilə yadda qalıb. Sputnik Azərbaycan xəbər verir ki, ABŞ lideri "Twitter" səhifəsində mesaj yazaraq Dünya Bankını Çinə kredit verməməyə çağırıb.

O vurğulayıb ki, Çinə pul çatmayanda onlar bu vəsaiti yaradırlar.

​"Dünya Bankı Çinə niyə kredit verir? Bu necə mümkün olur? Çinin kifayət qədər pulu var və əgər onlarda bu vəsait yoxdursa, onda onlar bunu yaradırlar. STOP!" - deyə Tramp vurğulayıb.

Xəbər lenti
0