Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

FİFA prezidenti razılıq verdi - Çempionatlar birləşdirilir?

© REUTERS / Jose CabezasДжанни Инфантино
Джанни Инфантино - Sputnik Azərbaycan
Abunə olmaq
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin futbol komandalarının vahid çempionatda çıxış etməsi məsələsi də dəfələrlə müzakirə olunub. Eyni zamanda "Seltik" və "Reyncers" klubları da bir neçə dəfə İngiltərə premyerasında çıxış etmək istəyini dilə gətirib

BAKI, 23 dekabr — Sputnik. FIFA milli çempionatların birləşdirilməsi ilə bağlı müzakirələrə razılıq verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun rəhbəri Canni İnfantino ESPN-ə müsahibəsində bildirib. O, təklifləri dinləməyə hazır olduqlarını söyləyib: "Müzakirələrə açıq olmalıyıq. Belçikalılar və hollandiyalılar Benilüks çempionatının yaradılması məsələsini müzakirə edirlər. Bu diskussiyalar 20 ildir davam edir. 

Aktyor Taleh Yüzbəyov - Sputnik Azərbaycan
Taleh Yüzbəyov: “AVRO-2020 turnirində könüllü kimi iştirakın faydaları çoxdur”
Amma biz həmişə imtina etmişik. Çünki milli çempionatlar hər şeydən öncə gəlir. Ancaq indi düşünürk ki, bəlkə də bu variant fayda verəcək. Bu, bəzi hallarda irəliləməyin yeganə yolu ola bilər. Afrika üçün də oxşar bir şey təklif etdim. Düşünürəm ki, imkanları araşdırmalıyıq".

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin futbol komandalarının vahid çempionatda çıxış etməsi məsələsi də dəfələrlə müzakirə olunub. Eyni zamanda "Seltik" və "Reyncers" klubları da bir neçə dəfə İngiltərə premyerasında çıxış etmək istəyini dilə gətirib.

Qeyd edək ki, FIFA hazırda yalnız ABŞ və Kanada klublarının vahid yarışda – MLS-də mübarizə aparmalarına icazə verir.

Xəbər lenti
0