BAKI, 23 dekabr — Sputnik. Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində seçici fəallığı bu saatadək 18.07 faiz olub.
Mərkəzin müdirinin sözlərinə görə, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 898 542 nəfərinin səs verib.
Qeyd edək ki, saat 10:00-da respublika üzrə seçici fəallığı 423361 olub. Bu da ümumi səsvermə hüququ olan şəxslərin 8,51 faizini təşkil etmişdi.
Xatırladaq ki, səsvermədə iştirakı nəzərdə tutulan seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir. Bələdiyyə seçkiləri ölkə üzrə 5049 məntəqəni əhatə edir. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.