Məzahir Pənahov: “Siyahıya daxil olmuş seçicilərin sayı 4972356 nəfərdir”
“Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4972356 nəfərdir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda mövcud olan 125 dairənin 7-i bu proseslərdə iştirak etmir: “Çünki bunlar tamamilə Ermənistan tərəfindən işğal olunan ərazilərdə yerləşən dairələrdir. Ümumilikdə, həmin dairələrdən başqa digər 7 dairədə də bizim məcburi köçkün vətəndaşlarımız var və burada seçicilərin sayı 339,326 nəfərdir”.
Məzahir Pənahovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz