SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda bələdiyyə seçkisi keçirilir

© Sputnik / Murad OrujovNəsimi rayon 13 saylı seçki məntəqəsi
Nəsimi rayon 13 saylı seçki məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu səhər 8:00-dan etibarən başlayan seçkidə respublika üzrə 1606 bələdiyyəyə 15156 üzv seçiləcək. Bələdiyyə seçkisi işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edir

BAKI, 23 dekabr — Sputnik. Bu gün Azərbaycanda bələdiyyə seçkisi keçirilir.

Sputnik Azərbaycan bildirir ki, Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 18-də Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkisinin 2019-cu il dekabrın 23-nə təyin edilməsi barədə qərar qəbul edib.

Bu səhər 8:00-dan etibarən başlayan seçkidə respublika üzrə 1606 bələdiyyəyə 15156 üzv seçiləcək. Bələdiyyə seçkisi işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edir.

Nəsimi rayon 13 saylı seçki məntəqəsi - Sputnik Azərbaycan
SİYASƏT
Qırx mindən çox adam sədr olmaq iddiasına girib

MSK sədri Məzahir Pənahovun dekabrın 22-də keçirilən mətbuat konfransında verdiyi məlumata görə, 13 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıblar. Ümumilikdə 41462 nəfər bələdiyyələrə seçilmək üçün mübarizəyə qoşulub.

Seçkini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 52 min 636 nəfərdir. M.Pənahovun sözlərinə görə, 17 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Seçki prosesində iştirak edəcək seçicilərin sayı isə 4 milyon 972 min 356 nəfərdir.

Səsvermə 19:00-da başa çatacaq.

Azərbaycanda ilk bələdiyyə seçkisi 1999-cu ildə keçirilib. Bələdiyyə üzvlərini ölkəmizdə 5 ildən bir seçirlər. Hazırkı seçki sayca 5-ci bələdiyyə seçkisidir.

Xəbər lenti
0