SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qırx mindən çox adam sədr olmaq iddiasına girib

© Sputnik / Murad OrujovNəsimi rayon 13 saylı seçki məntəqəsi
Nəsimi rayon 13 saylı seçki məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Dünyanın heç bir yerində heç kim seçkilərdə pozuntulardan sığortalanmayıb. Əlbəttə, arzu edərdik ki, pozuntu halları olmasın" - Məzahir Pənahov

BAKI, 22 dekabr — Sputnik. Hazırda 1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə  41462 nəfərin adı daxil edilib.

Sputnik Azərbaycan bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında  deyib.

O bildirib ki, seçkidə 13 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb: “Bu, böyük göstəricidir”.

M.Pənahov həmçinin seçiciləri məsuliyyətli olmağa səsləyib: “Veb-kameralar məntəqə daxilində səsvermənin bütün gedişatını izləyir. Bu tələb ciddi şəkildə həyata keçirilməlidir. Haradasa bununla bağlı pozuntu halı aşkarlanarsa, bizə məlumat verməyinizi xahiş edirik”.

O bildirib ki, hazırda 1000 məntəqədə veb-kameralar quraşdırılıb: “Sevindirici hal ondan ibarətdir ki, indiyə qədər veb-kameraların fəaliyyəti ilə bağlı heç bir problem yaranmayıb. Veb-kamera praktikasının müəllifliyi Azərbaycana məxsusdur”.

“Biz maksimum dərəcədə çalışmalıyıq ki, seçki zamanı pozuntu hallarına yol verilməsin”, - deyə Mərkəzi Seçki Komissiyasının sədri əlavə edib.

Məzahir Pənahov - Sputnik Azərbaycan
SİYASƏT
"Bütün siyahılar dəqiqləşib" - Məzahir Pənahov

M.Pənahov qeyd edib ki, istənilən qanun pozuntusu ictimaiyyət tərəfindən pis qarşılanır: “Maksimum dərəcədə çalışmalıyıq ki, bu cür hallara yol verilməsin. Bütün seçkilər Seçki Məcəlləsinin tam tələbinə uyğun olmalıdır. Bizim son illərdə seçki prosesinin keçirilməsində maarifləndirmə tədbirlərinin xüsusi rolu var”.

M.Pənahov vurğulayıb ki, seçki kütləvi bir prosesdir: “Dünyanın heç bir yerində heç kim seçkilərdə pozuntulardan sığortalanmayıb. Əlbəttə, arzu edərdik ki, pozuntu halları olmasın. Məqsədimiz belə halları minimuma endirməkdir. Bunun üçün  daim maarifləndirmə tədbirləri həyata keçirilir”.

Xəbər lenti
0