SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tbilisidə Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin görüşü keçirilib

© AR Ministry of Foreign Affairs Трехсторонняя встреча глав МИД Турции, Азербайджана и Грузии
Трехсторонняя встреча глав МИД Турции, Азербайджана и Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Məmmədyarov, eyni zamanda qeyd edib ki, Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının növbəti görüşü 2020-ci ildə Bakıda keçiriləcək

BAKI, 23 dekabr — Sputnik. "Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı böyük planlar var". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Tbilisidə keçirilən mətbuat konfransında bildirib.

Пресс-конференция Лаврова и Мамедъярова в Баку - Sputnik Azərbaycan
SİYASƏT
Məmmədyarov qonşu ölkələrin nazirləri ilə görüşəcək

O vurğulayıb ki, enerji təhlükəsizliyi üçtərəfli əməkdaşlığın vacib elementidir.

Nazirin sözlərinə görə, nazirlərin görüşündə digər məsələlərlə yanaşı həll olunmamış münaqişələr də müzakirə edilib: "Azərbaycan bu məsələdə beynəlxalq hüququ əsas götürür. Münaqişələr beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".

Elmar Məmmədyarov, eyni zamanda qeyd edib ki, Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının növbəti görüşü 2020-ci ildə Bakıda keçiriləcək.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə öz növbəsində qeyd edib ki, Türkiyənin Azərbaycan və Gürcüstan ilə mükəmməl münasibətləri var.

Nazir qeyd edib ki, Türkiyə Azərbaycan və Gürcüstandakı münaqişələrin sülh yolu ilə və ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani üçtərəfli görüşdə üç ölkənin iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, TANAP və digər birgə layihələrin də müzakirə edildiyini bildirib.

"Danışıqların formatını dəyişdirmək cəhdi sülh prosesi üçün açıq təhdiddir" - Məmmədyarov

Nazir vurğulayıb ki, görüşdə bölgədəki münaqişələr də nəzərdən keçirilib. "Gürcüstan münaqişələrin sülh yolu ilə və ölkələrin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır".

Qeyd edək ki, Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri arasında keçirilən səkkizinci görüş başa çatıb.

Görüşdən sonra Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani Birgə Bəyannamə imzalayıblar.

Xəbər lenti
0