BAKI, 22 dekabr — Sputnik. Sabah Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçiriləcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Aəzrbaycan XİN-in yaydığı məlumatda bildirilir. Görüş zamanı Xarici İşlər nazirləri üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə müzakirələr aparacaqlar.
Görüş çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulur.