Türkiyə suyun altına baş vurur

© AA"Mavi Vətən -2019" təlimi çərçivəsində 103 döyüş gəmisi İstanbul boğazından keçib
Mavi Vətən -2019 təlimi çərçivəsində 103 döyüş gəmisi İstanbul boğazından keçib - Sputnik Azərbaycan
Abunə olmaq
Sualtı qayıqlar torpedo kompleksləri ilə təchiz olunub. Onlar həmçinin düşmənin qurudakı statik obyektlərini məhv etməyə, minalardan hasar düzməyə və raket zərbələri endirməyə qadirdir

BAKI, 22 dekabr — Sputnik. Türkiyə 2027-ci ilədək altı ədəd sualtı qayığı suya endirməyə hazırlaşır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gölcükdə ölkəsinin ilk sualtı qayığı "Piri Reis"in suya salınması mərasimində deyib.

Парад кораблей ВМС США движется мимо статуи свободы в Нью-Йорке - Sputnik Azərbaycan
Dünyanın ən güclü hərbi donanmaları açıqlandı – Siyahıda kimlər var

"2022-ci ildən etibarən Türkiyə Hərbi Dəniz Qüvvələri hər il bir sualtı qayıq əldə edəcək. Cəmi 6 sualtı qayıq inşa olunacaq. Onlardan sonuncusunu HDQ-yə 2027-ci ildən gec olmayaraq təqdim etmək planlaşdırılır", - Ərdoğan deyib.

"Anadolu" agentliyinin məlumatına görə, "Piri Reis" qayığının çəkisi 1850 ton, uzunluğu 68.3 m, eni 6,3 metrdir. Heyəti 40 nəfərdən ibarətdir.

İkinci sualtı qayıq - "Hızır Reis"in texniki işləri görülür və 2022-ci ildə suya salınacağı gözlənilir. Yüksək manevrliliyi və uzun müddət su altında qala bilməsi ilə seçiləcək üçüncü və dördüncü sualtı qayıqların tikintisi də davam edir.

Sualtı qayıqlar torpedo kompleksləri ilə təchiz olunub. Onlar həmçinin düşmənin qurudakı statik obyektlərini məhv etməyə, minalardan baryer düzməyə və raket zərbələri endirməyə qadirdir. 

Xəbər lenti
0