Dünyanın ən güclü hərbi donanmaları açıqlandı – Siyahıda kimlər var

© © Platt/Getty Images/AFPПарад кораблей ВМС США движется мимо статуи свободы в Нью-Йорке
Парад кораблей ВМС США движется мимо статуи свободы в Нью-Йорке - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya donanmasında biri aviadaşıyıcı olmaqla 79 böyük gəmi, 5 kreyser, 13 esmines və 52 sualtı gəmi var

BAKI, 12 dekabr — Sputnik. Amerikanın nüfuzlu "The National Interest" nəşri dünyanın ən güclü beş hərbi donanmasına malik ölkələrin siyahısını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, siyahıda Birləşmiş Ştatlar, Çin, Rusiya, Böyük Britaniya və Yaponiya yer alıb.

ABŞ donanması - Sputnik Azərbaycan
ABŞ donanmasının ən nəhəng aviadaşıyıcısı regionumuza daxil olub

Siyahıda ilk pilləni Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri tutub. Məqalənin müəllifi Kayl Mizokami bildirib ki, Birləşmiş Ştatlar dünyada ən böyük donanmaya malikdir.

"Heç bir donanma ABŞ donanmasının qlobal əhatə dairəsi kimi bir əhatə dairəsi ilə öyünə bilməz. ABŞ Hərbi Dəniz Qüvvələri müntəzəm olaraq Sakit, Atlantik və Hind okeanları, həmçinin Aralıq dənizi və Fars körfəzində fəaliyyət göstərir", - deyə müəllif qeyd edir.

Nəşrdə qeyd olunur ki, hazırda ABŞ donanmasında 10 aviadaşıyıcı, 10 desant gəmisi, 22 kreyser, 62 esmines, 17 freqat, 54 atom sualtı və 72 sualtı gəmi var.

İkinci siyahıda Çin Hərbi Dəniz Qüvvələri qərarlaşıb. Çin donanması ölkə iqtisadiyyatının inkişaf ilə güclənməyə başlayıb. Belə ki, 1989-cu ildən bəri Çinin hərbi büdcəsi 10 dəfə artıb. Hazırda Çin donanmasında bir aviadaşıyıcı, 3 desant gəmisi, 25 esmines, 42 freqat, 8 atom və 50-ə yaxın adi sualtı gəmi var.

Üçüncü yeri Rusiya Hərbi Dəniz Qüvvələri tutub. Məqalənin müəllifi qeyd edir ki, Rusiya ənənəvi olaraq quru qoşunları üzrə nəhəng ölkələr sırasında yer alsa da, bu ölkəyə Sovet İttifaqının donanmasının böyük bir hissəsi miras qalıb. Buna baxmayaraq, müntəzəm olaraq Rusiyada yeni gəmilər tikilir, həmçinin köhnə gəmilər modernizə olunur. Rusiya donanmasında biri aviadaşıyıcı olmaqla 79 böyük gəmi, 5 kreyser, 13 esmines və 52 sualtı gəmi var.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - Sputnik Azərbaycan
Rusiya hərbi gəmiləri Bakı sahilinə yan aldı - VİDEO

Dördüncü yerdə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri qərarlaşıb. Məqalə müəllif qeyd edir ki, bu ölkənin digər silahlı qüvvələri kimi son illərdə Britaniya donanmasında da ixtisarlar aparılır. Hazırda Böyük Britaniya Hərbi Dəniz Qüvvələrində 3 böyük desant, 19 freqat və esmines, 7 hücum atom sualtı gəmisi və ballistik raketlərlə təchiz olunan 4 sualtı gəmi var.

İlk beşlikdə sonuncu yeri Yaponiya Hərbi Dəniz Qüvvələri tutub. Belə ki, bu ölkənin donanmasında 46-ı esmines olmaqla 114 gəmi var. Yaponiyanın eyni zamanda 16-ı sualtı gəmisi də var.

https://nationalinterest.org/blog/buzz/no-nation-owns-ocean-these-5-navies-control-it-104147

Xəbər lenti
0