Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı müğənninin yeni albomu Amerikanın musiqi resursunda yer aldı

© Instagram / dihajofficialИзвестная азербайджанская исполнительница Диана Гаджиева (Dihaj)
Известная азербайджанская исполнительница Диана Гаджиева (Dihaj) - Sputnik Azərbaycan
Abunə olmaq
Diana Hacıyeva efirdə nadir hallarda görünür, çünki əsasən xaricdə təşkil olunan layihələrdə iştirak edir

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 22 dekabr — Sputnik. Azərbaycanlı müğənni Diana Hacıyeva (Dihaj) yeni "Skins" (Qılaf) mini-albomunu təqdim edib.

Müğənninin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu albom yalnız ABŞ-ın bandcamp musiqi portalında yerləşdirilib.

Alboma üç mahnı daxildir: "Underworld" ("Başqa dünya"), "Innosence of Inner Sense" ("Daxili hissin məsumluğu") və "Təbii seçmə".

Азербайджанский исполнитель Эмиль Кадыров - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlı müğənni zərif cinsə gözəl mahnı həsr edib – VİDEO

D.Hacıyevanın sözlərinə görə, o, bu il incəsənətlə məşğul olmağa başlayıb, hətta YARAT Müasir İncəsənət Mərkəzinin rezidenti olub. Burada o, özünün iki sərgisini nümayiş etdirib. Bu hadisə müğənnini tək özünün deyil, digər art layihələrin rəssamlarının da saundtreklərinin toplandığı albom yaratmağa şövq edib. 

"Hər şey çoxtərəfli istedada malik Nəzrin Məmmədovanın "Innosence of Inner Sense" əsərinin musiqili müşayiətindən baladı. Sonra bu Dim Baidachnyi-nin videosunun sandtreki ilə davam etdi. "Natural Selection" isə mənim ARTIM-ın təşkil etdiyi "Forget What You Know, See Who I Am" ("Bildiyini unut, gör mən kiməm) festivalı çərçivəsində hazırladığım əsərimin musiqili müşayiəti ilə bağlıldır. Burada mən həyat yolumda qarşılaşdığım və münasibət qurduğum müxtəlif adamlarla bağlı istənilən zorakılıq hallarını göstərməyə çalışmışam. Məişət zorakılığından tutmuş gender aşağılamalarınadək", - Hacıyeva bildirib.

Müğənninin mini albomu ilə Amerika resursunda tanış olmaq mümkündür.

Diana Hacıyeva "Avroviziya-2017" müsabiqəsində iştirakdan sonra DiHaj qrupunu yaradıb və onun tərkibində çıxış edir. O, efirdə nadir hallarda görünür, çünki əsasən xaricdə təşkil olunan layihələrdə iştirak edir.

Xəbər lenti
0