CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı müğənni zərif cinsə gözəl mahnı həsr edib – VİDEO

© Instagram / emil_kadirovАзербайджанский исполнитель Эмиль Кадыров
Азербайджанский исполнитель Эмиль Кадыров - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni Emil Qədirovun yeni lirik mahnısı kişilərə qadınlara olan sevgilərini etiraf etməkdə kömək edəcək

BAKI, 6 dekabr — Sputnik. Rusiyada yaşayan Azərbaycanlı müğənni Emil Qədirov zərif cinsin nümayəndələrinə həsr etdiyi yeni mahnısı "Tı – moya jenşina"nı (Sən mənim qadınımsan) təqdim edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, mahnının musiqisini Rodion Maratov, sözlərini isə Kamet Bersanov yazıb. Qədirovun sözlərinə görə, bu mahnı sevgi etirafının müəyyən bir optimal vasitəsidir, çünki onun hər bir sözü, hər bir notu qadınlara isti münasibət və məhəbbətlə doludur.

"Aranjiman prosesi - həmişə yaradıcılıq üçün lazım olan material kimidir, mahnının necə alınması ondan daha çox asılıdır. Ona görə də, mən həmişə hər bir alətə və səsə özüm nəzarət edirəm. Həmçinin gitara partiyasını da heç kəsə etibar etmirəm, həmişə özüm yazıram", - deyə müğənni bildirib.

Emil Qədirov "Romansiada-2012" gənc rus romans ifaçılarının XVI Moskva Beynəlxalq Müsabiqəsinin seçmə mərhələsinin, Klavdiya Şuljenko (Xarkov) adına Beynəlxalq Müsabiqənin laureatıdır.

O, həmçinin klassik gitara ifaçıları və gitara ansambllarının səkkizinci Belqorod beynəlxalq müsabiqəsinin birinci dərəcəsinin, "Zakarpatye Edelveysi" və "Qara dəniz" Qran-prilərinin qalibidir. O, Rusiyanın 1-ci kanalında yayımlanan "Səs" vokal müsabiqəsində iştirak edib.

Xəbər lenti
0