Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Vəli Qasımov: “Bəzi futbolçular Azərbaycan yığmasında ürəklə oynamırlar”

© Photo : PFC Neftchi Вели Гасымов, фото из архива
 Вели Гасымов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan futbolunun veteranı hesab edir ki, Azərbaycanın futbol üzrə yığma komandasına yerli mütəxəssis rəhbərlik etməlidir, amma Robert Prosineçki də pis namizəd deyil

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Azərbaycanın futbol üzrə yığması AVRO-2020-nin seçmə mərhələsində cəmi bir xal toplayaraq axırıncı yeri tutub. Bunun nəticəsi olaraq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Azərbaycan yığmasının xorvat baş məşqçisi Nikola Yuryeviçi istefaya göndərib.

AVRO-2020 rəsmi topu - Sputnik Azərbaycan
UEFA AVRO-2020-nin rəsmi topu Uniforia təqdim olundu

Vaxtilə İspaniyanın "Betis", Portuqaliyanın "Vitoria" və Moskvanın "Spartak" klublarında oynamış Azərbaycan futbolunun veteranı Vəli Qasımov Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycan yığmasının oyunlarını şərh edib və milli komandaya kimin başçılıq etməli olduğundan danışıb.

- Sizcə, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığması ilə bağlı nə baş verdi ki, komanda cəmi bir xal topladı? Xüsusilə də nəzərə alsaq ki, DÇ-2018-də yığma bundan on dəfə artıq çox xal toplamışdı...

- Hesab edirəm ki, bizdə daxili futbol işi bir qədər düzgün aparılmır. Bu, xüsusilə də uşaq futbolu ilə bağlıdır. Əgər Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığmalarına baxsaq, heç onlar da Avropa arenalarındakı çıxışlarının nəticələri ilə sevindirmir. Belə bir vəziyyətdə Azərbaycan yığmasının gələcəyi haqqında düşünəndə dəhşətə gəlirsən.

Buna görə də, ilk növbədə uşaq futbolunu inkişaf etdirmək, həmçinin cavan uşaqları xaricə göndərmək lazımdır. Hər halda Avropa futbolunun səviyyəsi tamam başqadır və uşaqlar Azərbaycandansa, orada daha çox şey öyrənəcəklər. Bizdə ölkə çempionatı kifayət qədər qısadır, bir sıra yaş kateqoriyaları üzrə isə heç keçirilmir. Sabah biz hansısa hesablara ümid etmək üçün gənc futbolçuları artıq bu gündən xaricə göndərməliyik.

- Bəs, birbaşa Azərbaycan yığmasının oyunlarına gəlincə, nə deyə bilərsiniz? Komanda demək olar ki, hər oyunda qol vurur, amma yekun nəticə həmişə ağlamalı olur.

- Bunu demək çətindir. Nəticə əlbəttə ki, sevindirici deyil. Milli komandadakı futbolçuların əksəriyyəti Azərbaycanda oynayır, buna görə də onların Avropa komandalarına qarşı durması çətindir.

Bundan əlavə, bəzi futbolçular yığmada ürəklə oynamırlar. Elə matçlar var ki, uşaqların oyunları alınmır, amma onlar bütün gücləri ilə özlərini meydançaya həsr edə bilirlər. Elələri də var ki, oyunların onlar üçün heç bir fərqi yoxdur, oyuna laqeyd qalırlar. 

Кубок чемпионата Европы по футболу 2020 года - Sputnik Azərbaycan
AVRO-2020 biletlərinin birbaşa satış mərhələsi başladı
Hesab edirəm ki, bir xal Azərbaycan yığmasının nümayiş etdirdiyi həmin oyunun məntiqi nəticəsidir.

- Siz konkret olaraq nəyi nəzərdə tutursunuz?

- Təbii ki, mən kiminsə adını konkret çəkməyəcəyəm, xüsusilə də hazırda 25 oyunçunun danışılmış oyunlarda şübhəli bilindiyi Azərbaycan çempionatının birinci divizionunda baş verənlərin fonunda.

Misal üçün, mən futbolçunun oyunun birində bütün imkanlarını səfərbər etməsini, digərində isə hər şeyi boş buraxmasını heç cür başa düşə bilmirəm. Peşəkar futbolçu həmişə özünü sevdiyi işə həsr etməlidir. Ola bilsin ki, azarkeşlər bunu görə bilmirlər, amma mən peşəkar kimi görürəm ki, bir çox azərbaycanlı futbolçu oynamalı olduğu səviyyədə oynamır.

- Nikola Yuryeviçin Azərbaycan yığmasının baş məşqçisi postundan istefaya göndərilməsi sizcə düzgün qərar idi?

- Hazırda düşünmürəm ki, komandaya digər mütəxəssis rəhbərlik etsə, Azərbaycan yığmasında nə isə dəyişəcək. Nə qədər baş məşqçi dəyişsələr də, nəticədə xüsusi dəyişiklik olmayacaq. Hesab edirəm ki, yerli məşqçi yığmaya daha çox fayda verə bilər, nəinki əcnəbi. Çünki yerli baş məşqçi futbolçuları daha yaxşı tanıyır və daha çox çalışqan olanlara fürsət verəcək.

- Bizim mütəxəssislərdən kim Azərbaycan yığmasına rəhbərlik edə bilər?

- Məşqçilər çoxdur. Amma nə vaxt ki, hansısa adamın adını çəkirsən, o saat onun ünvanına neqativ rəylər eşidirsən. Bizim bir çox məşqçimiz milli komandaya rəhbərliyin öhdəsindən gələ bilər. Amma onlara tam gücü ilə işləmək üçün fürsət vermək lazımdır.

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev - Sputnik Azərbaycan
Millinin futbolçusu yığmanın AVRO-2020 təsnifatındakı uğursuzluğunun səbəbini açıqladı

Düzdür, yerli baş məşqçilərlə də başqa problemlər ortaya çıxır. Futbolçuların çoxu onların tələblərini yerinə yetirmir. Eyni şey komandaya xarici mütəxəssis rəhbərlik edəndə də baş verir.

- Yeri gəlmişkən, son vaxtlar Azərbaycan yığmasına xorvat mütəxəssis Robert Prosineçkinin yenidən baş məşqçi gətirilməsi barədə söhbətlər gəzir...

- O, həqiqətən də yığmada özünü yaxşı göstərdi, yığma onunla birlikdə 10 xal qazana bildi. Hazırda o, Bosniya və Hersoqovina yığmasından qovulandan sonra komandasız qalıb. Xarici mütəxəssislər arasında ola bilsin ki, Prosineçki ən yaxşı namizəddir. Amma digər xarici mütəxəssisi nəzərdən keçirmək istəsələr, onda ona Azərbaycan futbolu ilə tanış olmaq üçün vaxt lazım gələcək.

Xəbər lenti
0