CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metroda təmirlə əlaqədar yeni qatarlar xəttə buraxılacaq

© Sputnik / Murad OrujovПассажиры на одной из станций Бакинского метрополитена, фото из архива
Пассажиры на одной из станций Бакинского метрополитена, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onların yerinə ehtiyat qatarları çıxır və metropolitenin işi olduğu kimi davam edirilir. Yəni gündəlik proses yerinə yetiriləndə əvəzləmələr necə həyata keçirilirsə, vaqonlar təmirə göndəriləndə də belə olacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. "Metroda qatarların təmiri ilə əlaqədar sıxlıq yaranmayacaq". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Mertopoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Поезд в тоннеле, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Bakı Metropoliteni"ndə işıqlar sönərsə...

O bildirib ki, təmir işləri zamanı ehtiyat qatarlar xəttə buraxılacaq. Bu səbəbdən Metropolitendə heç bir narahatçılıq yaranmayacaq. Metropoliten səlahiyyətlisi bildirib ki, metroda gündəlik 42-46 qatar hərəkət edir. Metronun vaqon parkı isə 280 qatardır: "Metroda vaqonlar onsuz da gündəlik yoxlanışdan keçirilir. Texniki qaydalara görə, qatarlar müntəzəm olaraq təmir olunmalıdır. Qatarların işində nasazlıq olsa da, olmasa da 12-20 saat ərzində mütləq şəkildə depoya göndərilməlidir. Onların yerinə ehtiyat qatarları çıxır və metropolitenin işi olduğu kimi davam edir. Yəni gündəlik proses yerinə yetiriləndə əvəzləmələr necə həyata keçirilirsə, vaqonlar təmirə göndəriləndə də belə olacaq".

Qeyd edək ki, Metrovaqonmaş-Servis Birliyi Bakı Metropoliteninin 81-760.B/761.B/763.B tipli yeni nəsil qatarlarına planlı qaldırma təmiri xidməti göstərəcək. Bununla əlaqədar iki müəssisə arasında müvafiq müqavilə imzalanıb. Hər hərəkət tərkibi 5 vaqondan ibarət olmaqla, ümumilikdə 15 vaqondan ibarət 81-760.B/761.B/763.B tipli üç hərəkət tərkibi Bakı Metropoliteninin sifarişi ilə 2015-ci ildə Metrovaqonmaş Səhmdar Cəmiyyətində istehsal olunub. Texniki-istismar qaydalarına uyğun olaraq, bu qatarlar müəyyən məsafə qət etdikdən sonra deponun 3 saylı cari təmir sahəsində planlı qaldırma təmirinə dayandırılmalıdır. Mövcud gündəlik qaçış məsafəsi əsasında hesablamalar göstərir ki, 81-760.B/761.B/763.B tipli qatarların təmir müddəti 2020-ci ildə yetişəcək. Bu səbəbdən nəzərdə tutulmuş təmir işləri Bakı Metropoliteninin "Nərimanov" elektrik deposunda aparılacaq.

Xəbər lenti
0