BAKI, 21 dekabr — Sputnik. Rusiya aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında təcili eniş edib. Bu barədə Sputnik Azərbaycan-a hava limanın mətbuat xidmətindən məlumat verilib.
"Qoa – Moskva reysini həyata keçirən "Azur Air" aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş izni istəyib və yerli vaxtla saat 11:05-də uğurlu eniş edib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bütün sərnişinlər hazırda hava limanındadır, onlara qida və içkilər təqdim ediləcək: "Əldə olunan məlumata görə, sərnişinləri aparmaq üçün başqa təyyarə Bakıya göndəriləcək. Hadisə nəticəsində heç kim xəsarət almayıb".
İlkin məlumatlara görə reysi həyata keçirən təyyarədə bir neçə generator işləməyib.