BAKI, 31 iyul — Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən gün saat 13:20-də “J2 076” reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan "Airbus A340-500” sərnişin təyyarəsi təxminən 12 saat gecikib.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Sputnik Azərbaycan-a bildirib ki, buna texniki nasazlıq səbəb olub.
Avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.