Trampa müharibə elan edildi - Bu dəfəki düşməni öz müttəfiqidir

© REUTERS / Paul SancyaПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya kansleri ABŞ Konqresinin sanksiya tətbiq etmək qərarına "aydın sözlərlə" reaksiya verib. Nəşrin versiyasına görə, bu "Trampa müharibə elan etməkdir".

BAKI, 20 dekabr — Sputnik. Birləşmiş Ştatların Rusiyaya məxsus "Şimal Axını - 2" qaz kəmərinə sanksiyalar tətbiq edəcəyinə dair yayılan məlumatlardan sonra Almaniya kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampa qarşı "müharibə elan edib". Bu barədə Sputnik Azərbaycan Almaniyanın "Bild" nəşrinə istinadən xəbər verir

Məlumata görə, çərşənbə günü Merkel rəsmi Berlin Birləşmiş Ştatlarının sanksiyalarına qarşıdır və "Şimal Axını - 2" layihəsinə qarşı Vaşinqtonun addımlarını "qətiyyətlə müzakirə edəcək".

Канцлер Германии Ангела Меркель - Sputnik Azərbaycan
Merkeldən "Şimal axını-2" layihəsinə dəstək: "ABŞ sanksiyalarının əleyhinəyik"

Nəşr yazır ki, Almaniya kansleri ABŞ Konqresinin sanksiya tətbiq etmək qərarına "aydın sözlərlə" reaksiya verib. Nəşrin versiyasına görə, bu "Trampa müharibə elan etməkdir".

"Merkel onun dəstəklədiyi layihənin ABŞ tərəfindən təhdid edilməsinə bundan sonra dözməyəcək", - deyə məqalədə bildirilir.

Məqalənin müəllifi eyni zamanda qaz kəmərinin tikintisini dayandırmağın artıq mümkün olmadığını bildirib

Xatırladaq ki, Birləşmiş Ştatlar Konqresi 2020-ci il üzrə müdafiə büdcəsinə Rusiyanın "Şimal axını -2" və "Türk axını" qaz kəmərlərinə qarşı sanksiyaların tətbiq edilməsini daxil edib.

Sanksiyalar "Avropanın enerji təhlükəsizliyinin təmin olunması" tədbirləri kimi nəzərdən keçirilir. Həmçinin sənəddə Rusiya ilə hərbi sahədə əməkdaşlıq da qadağan olunur.

Капитолий США, фото из архива - Sputnik Azərbaycan
ABŞ Senatında anti-Rusiya sanksiyalarına dair qanun layihəsi qəbul edilib

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda sanksiyaların boru kəmərlərinin tikintisində iştirak edən gəmilərə, həmçinin tikintidə iştirak edən şirkətlərin rəhbərlərinə qarşı tətbiq olunacağı bildirilirdi.

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.

Boru xətti Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniyanın ərazi suları və ya müstəsna iqtisadi zonalarından keçəcək.

Ukrayna və bir sıra Avropa ölkələri, o cümlədən Polşa, Latviya və Litva, həmçinin Avropa İttifaqında (Aİ) öz mayeləşdirilmiş təbii qazını satan ABŞ fəal şəkildə "Şimal axını-2" layihəsinə qarşı çıxırlar. Onlar layihənin siyasi olduğunu və Avropanın enerji təhlükəsizliyinə təhdid yaratdığını iddia edirlər. Rusiya tərəfi isə dəfələrlə layihənin tamamilə kommersiya məqsədli olduğunu bildirib və vurğulayıb ki, kəmər Rusiya qazının Ukrayna vasitəsilə Aİ-yə tranzitinin dayandırılması üçün nəzərdə tutulmayıb.

Xəbər lenti
0