CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının sürüşməkdə olan ərazilərində vətəndaşlara ev tikməyə kim icazə verir

© Sputnik / Irade JELILBibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi
Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertin sözlərinə görə, bu ərazilərin böyük əksəriyyətinin kanalizasiya xətləri olmadığı üçün bütün tullantı və çirkab sular torpağa axıdılır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 dekabr — Sputnik. Paytaxtın sürüşmə baş verən ərazilərində yenidən tikintilərin həyata keçirilməsi üçün icazə sənədlərinin verilməsi çox qaranlıqdır. Bunu Sputnik Azərbaycan-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakının sürüşmə zonasında yenidən gecəqonduların peyda olmasının səbəblərini şərh edərkən deyib.

Qeyd edək ki, bu gün Bakı və Abşeronun müxtləlif ərazilərində aktiv sürüşmə zonaları var. Bayıl, Bibiheybət, Zığ, Nübar qəsəbəsi və s. ərazilərdə sürüşmənin aktiv fazada olmasına baxmayaraq, burada davamlı olaraq fərdi yaşayış evləri tikilir. Sürüşmə baş verdikdə isə, vətəndaş birmənalı şəkildə köçürülməsini və kompensasiya tələb edir. Məsələn bir müddət əvvəl Bayıl ərazisində sürüşmə baş verdi, yüzə yaxın fərdi ev qəzalı vəziyyətə düşdü. Bu ev sahiblərinə kompensasiya da təyin edildi. Və hazırda Bakının digər ərazilərində belə qəzalı vəziyyətdə olan fərdi yaşayış evləri var. Zığ qəsəbəsində 150-dən çox ev qəzalıdır.

Подрыв шахты для ядерных испытаний №4 ядерного полигона Пхунгери на севере КНДР - Sputnik Azərbaycan
Qızıl mədənində torpaq sürüşməsi nəticəsində 40-a yaxın insan itkin düşüb

Səbail rayonunun cənub dərəsi - Azər Nəsirov küçəsi Bayılın bir hissəsini əhatə edir. Bu Şəhidlər Xiyabanından aşağıdakı ərazilərdir. Burada 1850-ci illərdə də sürüşmə baş verib. Bakıda yaşayan yerli əhali həmin ərazisinin sürüşmə ərazisi olduğunu bildiyi üçün orada ev tikməzdi.

Sonuncu dəfə bu ərazidə sürüşmə 2000-ci ilin dekabr ayında qeydə alınıb. Həmin vaxt Nazirlər Kabinetində müvafiq dövlət komissiyası yaradılıb. Komissiya həmin ərazilərdə yaşayan sakinlərə kompensasiya verilməsi və onların təhlükəsiz ərazilərə köçürülməsi barədə qərar qəbul edib. Qərara əsasən bu ərazilərdə 350-yə yaxın ev müəyyən edilib. Bu evlərin çoxunun 80-90-cı illərdə tikildiyi məlum olub. Həmin vaxt qarışıq dövr olduğundan, qaçqın və məcburi köçkünlər pərakəndə şəkildə paytaxta üz tutduğundan, hərə istədiyi yerdə özünə ev tikə bilib. Hətta burada ev tikərək vətəndaşlara sırıyan işbazlar da az olmayıb. Sözügedən 350 evdən 146-na kompensasiya ödənilib və sakinlər köşürülüb. Sonra isə əmlak bazarında evlərin qiyməti qalxıb. Dövlət büdcəsində buna müvafiq vəsait olmadığından, qalan sakinlərə kompensasiyanın ödənilməsi və köçürülmə prosesi dayandırılıb. Lakin həmin ərazilərdə yeni tikintilərin başlanmasına icazə verilməyib.

Ötən il fevral ayının 10-da həmin ərazidə yenidən sürüşmə baş verib və Nazirlər Kabinetinin qərarı ilə 98 ailə yenidən köçürülüb. 6 ev tam sıradan çıxdığı üçün onların sahiblərinə dərhal kompensasiya ödənilib. 92 ailə isə hissə-hissə kompensasiya ilə təmin edilərək köçürülüb. Onların arasında 27 məcburi köçkün ailəsi də olub və onlara da kompensasiya ödənilib.

Bakıda sürüşmədən sonra yolu necə təmir edirlər – Video  - Sputnik Azərbaycan
VİDEO
Bakıda sürüşmədən sonra yolu necə təmir edirlər – Video

Hazırda Bayıl ərazisi nəzarətdədir və orada heç bir tikintinin aparılmasına icazə verilmir. Ancaq maraqlıdır ki, bəzən vətəndaşlar özləri bilərəkdən kompensasiya almaq məqsədilə həmin ərazilərdə gecəqondular tikirlər. Bəs sürüşmənin aktiv fazada olduğu bu ərazilərdə yaşayış evlərinin tikintisinə kim və necə icazə verir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geologiya Kəşfiyyat xidmətinin baş mühəndisi Əziz Qaralov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sürüşmə ərazilərində evlər tikilirsə, Nazirlər Kabinetinin qərarına əsasən Fövqəladə Hallar, eləcə də Ekologiya və Təbii Sərvətlər nazirliklərindən müvafiq arayış alınmalıdır.

"Həmin arayışda ərazi haqqında məlumat verilməlidir. Ərazidə tikinti işlərinin layihəsi hazırlanan zaman sürüşməyə qarşı hansı tədbirlərin görüləcəyi orada əksini tapmalıdır. Qayda belə olsa da, çox zaman vətəndaşlar buna əhəmiyyət vermirlər. Sonradan isə bunun acı nəticəsi ilə qarşılaşırlar", - deyə Qaralov bildirib.

Güclü yağışın nəticəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Bir güclü yağışa bənddir: bu ərazidə sürüşmə təhlükəsi var

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə qeyd edib ki, belə ərazilərdə tikintilərin həyata keçirilməsi üçün yenidən icazə sənədlərinin verilməsi çox qaranlıqdır. Bakı və Abşeron ərazisində 500 mindən çox çıxarışsız fərdi yaşayış evi var.

Ekspertin fikrincə, sürüşmə əraziləri qoruq kimi bağlı saxlanılmalı, orada tikintilərin aparılmasına icazə verilməməlidir.

"1986-cı ildə Bakının Baş Planı təsdiq edilib və kanalizasiya sistemi də buna uyğun olaraq qurulub. Həmin ərazilərin böyük əksəriyyətinin kanalizasiya xətləri olmadığı üçün bütün tullantı və çirkab sular torpağa axıdılır. Bura sürüşmə ərazisi olduğundan, axıdılan sular torpağı daha da yumuşaldır və sürüşməni tezləşdirir", - deyə ekspert bildirib.

Fərzəliyev onu da vurğulayıb ki, fərdi evlər tikilən zaman müəyyən qurumların icazəsi olmalıdır. Bu məsələdə sadəcə vətəndaşları günahlandırmaq olmaz.

Xatırladaq ki, Nazirlər Kabineti sürüşmə zonalarının əks olunduğu xəritəni təsdiq edib. Bu xəritədə sürüşməyə meyilli olan ərazilərin coğrafi koordinatları konturlarla göstərilib. Müfaviq dövlət strukturları vətəndaşlara ev tikmək üçün icazəni həmin xəritə əsasında verməlidir. Sürüşməyə meyilli ərazidə evlərin tikilməsinə icazə verilməməlidir.

Xəbər lenti
0