BAKI, 12 dekabr — Sputnik. Əfqanıstanın Badaxşan vilayətində yerləşən qızıl mədənində torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub, 35 nəfər itkin düşüb.
Sputnik Azərbaycan "Tolo News" telekanalına istinadən xəbər verir ki, məlumatı yerli hakimiyyət orqanları yayıb.
Məlumata görə, ölkənin şimal-şərqində yerləşən mədəndə hadisə zamanı 40-a yaxın insan olub.
— TOLOnews (@TOLOnews) December 11, 2019
"Yerli əhali hazırda beş nəfərin meyitini tapıb. Qalan 35 nəfərin aqibəti hələ ki, məlum deyil", - vilayətin qubernator müavini Nek Məhəmməd Nəzəri deyib.
O qeyd edib ki, mədənin yerləşdiyi ərazi "Taliban" radikal hərəkatının nəzarəti altındadır və buna görə də yerli hakimiyyət orqanları itkin düşmüş insanların xilas edilməsi üçün tədbirləri həyata keçirə bilmir.