CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AQTA fındıq ixrac edən sahibkarlara xəbərdarlıq edib

© pixabay / sunnysun0804Фундук, фото из архива
Фундук, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müəssisələr təsdiq olunduqdan sonra ixrac zamanı sahibkarlar CHED-D sənədini elektron qaydada dolduraraq TRACES sistemi ilə Aİ-nin sərhəd-keçid məntəqələrinə təqdim etməlidir.

BAKI, 20 dekabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq ixracı ilə məşğul olan sahibkarlara müraciət edib. Müraciətdə bildirilir ki, 22 oktyabr 2019-cu il tarixli 2019/1793 saylı Avropa İttifaqının (Aİ) Komissiya Tətbiqi Qərarına əsasən Aİ qanunvericiliyində idxal prosedurları ilə bağlı bir sıra dəyişikliklər edilib. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Aİ-yə məhsul ixrac edən sahibkarlıq subyektləri məcburi qaydada Ticarətə Nəzarət və Ekspert Sistemində (TRACES) qeydiyyata düşməlidir. Müvafiq dəyişiklik 14 dekabr 2019-cu il tarixdən qüvvəyə minib.

Digər dəyişikliyə əsasən əvvəllər Aİ-nin sərhəd keçid məntəqələrinə kağız formasında təqdim edilən Ümumi Giriş Sənədi (Common Entry Document) Ümumi Sağlamlıq Giriş Sənədi (Common Health Entry Document) ilə əvəzlənmiş və yalnız elektron qaydada TRACES sistemi vasitəsilə sərhəd-keçid məntəqələrinə təqdim olunmalıdır.

Больница, фото из архива - Sputnik Azərbaycan
AQTA zəhərlənmə ilə bağlı çağırış edib

İxracatçı subyektlər TRACES sistemində https://webgate.ec.europa.eu/tracesnt elektron keçidinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Sistemdə qeydiyyatdan keçmiş istifadəçilər eyni zamanda şirkətlərini "qeyri-heyvan mənşəli yem və qida müəssisəsi kimi" qeydiyyata almalıdırlar. Müvafiq sorğular TRACES sistemi vasitəsilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunacaq.

Müəssisələr təsdiq olunduqdan sonra ixrac zamanı sahibkarlar CHED-D sənədini elektron qaydada dolduraraq TRACES sistemi ilə Aİ-nin sərhəd-keçid məntəqələrinə təqdim etməlidir.

Qeyd olunan prosedurlara riayət edilmədiyi təqdirdə məhsullar Aİ ərazisinə qəbul edilməyəcək. Prosedurlarla bağlı əlavə məlumat üçün Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin Sertifikatlaşdırma və idxal-ixraca nəzarət sektoruna müraciət oluna bilər.

Xəbər lenti
0