CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AQTA zəhərlənmə ilə bağlı çağırış edib

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
AQTA bəzi xəbər saytlarını qida zəhərlənmələri ilə bağlı təsdiq olunmamış məlumatlar yaymamağa çağırdı.

BAKI, 19 dekabr — Sputnik. Bir müddət əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heç bir ekspertiza rəyi olmadan, səhhətində problem yaranmış şəxslərdən alınan ilkin məlumatlar əsasında bəzi xəbər saytlarında tələm-tələsik "qida zəhərlənməsi" başlığı altında yanlış məlumatların yayılmaması ilə bağlı xəbərdarlıq olunmuşdur.

Председатель Агентства продовольственной безопасности Гошгар Тахмазли - Sputnik Azərbaycan
CƏMİYYƏT
AQTA sədri tələbə ölümündən danışdı - Qidadan zəhərlənməyib

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, bütün bunlara baxmayaraq təəssüf ki, ötən həftə yenidən Qusarda bir ailənin 8 üzvünün və digər 3 nəfərin guya qidadan zəhərlənməsi ilə bağlı yanlış məlumatlar bəzi mətbuat səhifələrində yer alıb. Həmin hadisələrlə bağlı Agentlik tərəfindən aparılan araşdırmalar nəticəsində, eyni zamanda Qusar Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş rəsmi məlumatda hər iki hadisənin qida zəhərlənməsi olmadığı öz təsdiqini tapıb. Məlum olub ki, həmin şəxslər xəstəxanaya həzm orqanlarında pozğunluqla bağlı müraciət ediblər və onlara ümumiyyətlə Rayon Mərkəzi Xəstəxanası tərəfindən qida zəhərlənməsi diaqnozu qoyulmayıb. Hər iki fakt üzrə müraciət edən şəxslərə simptomatik yardım göstərilib və stabil vəziyyətdə evə buraxılıblar. Son hadisələrdən də göründüyü kimi, faktlara söykənməyən və bu kimi yarımçıq məlumatların yayılması məsələyə qeyri-peşəkar yanaşmaqla yanaşı, ucuz reytinq qazanmaq və insanlar arasında yersiz təşviş yaratmağa hesablanıb.

Agentlik bir daha bəyan edir ki, istənilən halda ekspertiza rəyi olmadan hansısa yarımçıq məlumatın media vasitəsilə yayılması yolverilməzdir.

Bütün bunlar göstərir ki, bu kimi yanlışlıqların bir daha baş verməməsi üçün vətəndaşlar zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməli, kütləvi informasiya vasitələri isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməlidir.

Xəbər lenti
0