Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

FİFA ilin son reytinq cədvəlini açıqladı

© AFP 2023 / FRANCK FIFEМяч УЕФА Лиги Чемпионов
Мяч УЕФА Лиги Чемпионов - Sputnik Azərbaycan
Abunə olmaq
Siyahıya 1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür. Azərbaycan yığması isə yerində sayır

BAKI, 19 dekabr — Sputnik. FİFA milli komandaların 2019-cu il üçün sonuncu reytinq cədvəlini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, hesabat dövründə oyun keçirməyən Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Komandamız 1177 xalla 114-cü yerdə qalıb.

Qeyd edək ki, siyahıya 1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.

Xatırladaq ki, Azərbaycan Milli Yığma Komandası reytinq cədvəlində maksimum xalı 20 oktyabr 2016-cı il tarixində toplayaraq 45 pillə irəliləməyi bacarmışdı. Həmin vaxt komandamız 133-cü yerdən 88-ci pilləyə yüksəlmişdi.

 

Xəbər lenti
0