Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Sputnik Estoniya-nın jurnalistlərinin ünvanına olan təhdidləri şərh edib

© Sputnik / Ilya PitalevЕжегодная большая пресс-конференция президента РФ В. Путина
Ежегодная большая пресс-конференция президента РФ В. Путина - Sputnik Azərbaycan
Abunə olmaq
Bu KİV-in jurnalistləri çox iş görürlər, Tallinin onlara mane olmaq cəhdləri isə "nəzərdən qaçmamalıdır".

BAKI, 19 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin rəsmi Tallinin Sputnik Estoniya-nın ünvanına səsləndirdiyi təhdidləri şərh edib.

Prezident bəyan edib ki, Estoniyada baş verənlər onu heyrətləndirir: "Rusiyanı Qərbdə KİV-ə təzyiq etməkdə ittiham edirlər, lakin Avropa ölkələrinin özləri elə bununla məşğul olurlar. Bu heyrətamiz ədəbsizlikdir".

Ежегодная большая пресс-конференция президента РФ В. Путина - Sputnik Azərbaycan
RUSİYA
Putin müsəlman ölkəsindəki vəziyyətdən danışdı - Xaos içərisindədirlər

Rusiya prezidenti vurğulayıb ki, bu KİV-in jurnalistləri çox iş görürlər, Tallinin onlara mane olmaq cəhdləri isə "nəzərdən qaçmamalıdır".

Putin eyni zamanda qeyd edib ki, ölkələr arasında münasibətləri pisləşdirmək istəyənlərin dəyirmanına su tökmək lazım deyil: "Jurnalistlərin sizin informasiyanızdan, sizin nüfuzunuzdan qorxduqları ölkələrdə işləməsinə nail olmaq lazımdır".

Rusiya prezidenti eyni zamanda vurğulayıb ki, informasiyanın yayılması azadlığı — müasir dövlətin fundamental əsaslarından biridir.

Xatırladaq ki, Estoniya hökuməti Sputnik Estoniya-nın əməkdaşlarını əgər 1 yanvar 2020-ci il tarixinə qədər "Rossiya seqodnya" BİA-da iş fəaliyyətlərini dayandırmasalar, cinayət məsuliyyətinə cəlb etməklə hədələyir. Bu barədə məlumatı agentliyin mətbuat xidməti yayıb.

"Xatırlatmaq istəyirik ki, "Rossiya seqodnya" BİA Avropa İttifaqının heç bir sanksiyalar siyahısında yer almayıb. Biz Estoniya hakimiyyətinin hərəkətlərini açıq-aşkar özbaşınalıq hesab edirik və son illərdə misli görünməmiş söz azadlığının pozulması halının lazımi səviyyədə qiymətləndirilməsi və jurnalistlərimizin öz peşə fəaliyyətlərini həyata keçirərkən hüquqlarının təmin olunması istiqamətində tədbirlərin görülməsi tələbi ilə BMT, ATƏT, Avropa Şurası, UNESCO, AİHM kimi beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırıq", - agentliyin bəyanatında bildirilir.

Президент РФ Владимир Путин во время переговоров с президентом Белоруссии Александром Лукашенко в Сочи - Sputnik Azərbaycan
RUSİYA
Putin sərt danışdı - Dünya birqütblü ola bilməz

"Bundan əlavə, son aylarda Sputnik Estoniya-nın əməkdaşları dəfələrlə təhlükəsizlik orqanlarına "profilaktik" söhbətlər üçün çağırılıblar, bu müddət ərzində onlara təkidlə agentliyi tərk etmək tövsiyə olunub", - mətbuat xidməti qeyd edib.

Bəyanatda həmçinin bildirilir ki, "Rossiya Seqodnya" BİA öz növbəsində Sputnik Estoniya-nın əməkdaşlarını cinayət təqibindən qorumaq üçün ondan asılı olan hər şeyi edəcək.

"Rossiya Seqodnya" BİA-nın mətbuat xidməti həmçinin bildirib ki, 2019-cu ilin oktyabr ayının sonunda beynəlxalq banklar qrupunun Estoniya filialları əmək haqqı köçürmələri, vergi ödəmələri və ofisin icarə ödənişlərini dondurub.

Estoniya - Sputnik İnformasiya Agentliyi və Radiosunun tamhüquqlu redaksiyası və ofisi olan yeganə Baltikyanı ölkəsidir. Kollektiv 35 nəfərdən ibarətdir ki, onların da 33-ü "Rossiya Seqodnya" BİA ilə əmək müqaviləsi əsasında işləyən Estoniya vətəndaşlarıdır. Agentliyin Estoniya büdcəsinə aylıq vergi ödəmələri təxminən 30 min avro təşkil edir.

Ежегодная большая пресс-конференция президента РФ В. Путина - Sputnik Azərbaycan
RUSİYA
Ən yaxşı idmançıları sadəcə "aradan çıxardılar" - Putin

Baltikyanı ölkələrin hakimiyyəti dəfələrlə Rusiya KİV-nin işinə mane olub. Rusiya Xarici İşlər Nazirliyi bu dövlətlər arasında razılaşdırılmış bir xəttin açıq əlamətlərinin olduğunu bəyan edib. Rusiya nazirliyi Baltikyanı ölkələrdə KİV-ə təzyiq halları ilə bağlı bildirib ki, bu cür hərəkətlər Vilnüs, Riqa və Tallinin demokratiya və söz azadlığı prinsiplərinə sadiqliyi ilə bağlı demaqogik bəyanatlarının arxasında nəyin dayandığını praktikada nümayiş etdirir.

Xatırladaq ki, Rusiya prezidentinin illik böyük mətbuat konfransı Moskvada Beynəlxalq Ticarət Mərkəzində keçirilib. Sayca 15-cisi keçirilən böyük mətbuat konfransında iştirak etmək üçün 1895 jurnalist akkreditasiyadan keçib ki, bu da rekordun imza atıldığı ötən illə müqayisədə təxminən 200 nəfər çox olub.

Putin ilin yekunlarına dair böyük mətbuat konfransı keçirmək praktikasını 2001-ci ildən - ilk prezidentlik müddətindən işə salıb. 2008-ci ildə keçirilən mətbuat konfransı davamlılıq müddətinə görə rekorda imza atıb. Belə ki, həmin vaxt Rusiya prezidenti 4 saat 40 dəqiqə ərzində 106 suala cavab verib.

Xəbər lenti
0