Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin müsəlman ölkəsindəki vəziyyətdən danışdı - Xaos içərisindədirlər

© AFP 2024 / ALEXANDER NEMENOVЕжегодная большая пресс-конференция президента РФ В. Путина
Ежегодная большая пресс-конференция президента РФ В. Путина - Sputnik Azərbaycan
Abunə olmaq
Putin kinayə ilə bildirib: "Siz Qərb KİV-nin yazdığına inanırsınız? Onların Türkiyə barədə yazdığına baxın".

BAKI, 19 dekabr — Sputnik. Rusiya Liviyada bütün münaqişə tərəfləri ilə əlaqədədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik böyük mətbuat konfransında "Anadolu" agentliyinin jurnalistinin "Rusiya iddia edir ki, Suriyada, Liviyada qanuni hökuməti dəstəkləyir. Lakin Qərb Rusiyanın Haftarı dəstəklədiyini bildirir" sualını cavablandırarkən bildirib.

Президент РФ Владимир Путин во время переговоров с президентом Белоруссии Александром Лукашенко в Сочи - Sputnik Azərbaycan
RUSİYA
Putin sərt danışdı - Dünya birqütblü ola bilməz

Putin kinayə ilə bildirib: "Siz Qərb KİV-nin yazdığına inanırsınız? Onların Türkiyə barədə yazdığına baxın".

Rusiya lideri qeyd edib ki, ölkəsi Liviya münaqişənin bütün tərəfləri ilə əlaqədədir: "Siz kimin vəziyyəti bu hala gətirdiyini bilirsiniz? Rusiya Liviyada Silahlı Qüvvələrinin istifadəsinə qarşı idi. Bunun əvəzinə Qərb koalisiyası silahdan istifadə etdi. Hər şey onunla nəticələndi ki, çiçəklənən ölkə, Qərb standartlarına yaxın olan ölkə hazırda xaos içərisindədir, orada vətəndaş müharibəsi səngimir".

Rusiya lideri ümid edir ki, münaqişənin bütün tərəfləri yekun həll yolu tapa biləcək.

O, həmçinin bəyan edib ki, Liviyadakı vəziyyəti dünya liderləri ilə müzakirə edib.

Ежегодная большая пресс-конференция президента РФ В. Путина - Sputnik Azərbaycan
RUSİYA
Ən yaxşı idmançıları sadəcə "aradan çıxardılar" - Putin

Qeyd edək ki, Rusiya prezidentinin illik böyük mətbuat konfransı Moskvada Beynəlxalq Ticarət Mərkəzində keçirilir. Sayca 15-cisi keçirilən böyük mətbuat konfransında iştirak etmək üçün 1895 jurnalist akkreditasiyadan keçib ki, bu da rekordun imza atıldığı ötən illə müqayisədə təxminən 200 nəfər çoxdur.

Putin ilin yekunlarına dair böyük mətbuat konfransı keçirmək praktikasını 2001-ci ildən - ilk prezidentlik müddətindən işə salıb. 2008-ci ildə keçirilən mətbuat konfransı davamlılıq müddətinə görə rekorda imza atıb. Belə ki, həmin vaxt Rusiya prezidenti 4 saat 40 dəqiqə ərzində 106 suala cavab verib.

Xəbər lenti
0