BAKI, 4 dekabr — Sputnik. "Bir neçə gün öncə Bakı Dövlət Universitetinin yataqxanasında baş verən tələbə ölümü qida zəhərlənməsindən olmayıb. Artıq bu hadisə ilə əlaqədar cinayət işi açılıb, istintaq aparılır. Biz isə AQTA olaraq sonda ümumi açıqlama verəcəyik".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli BDU-nun yataqxanasında zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O, KİV-də yayılan məlumatlara da münasibət bildirib: "Təəssüflər oslun ki, bu gün KİV-də hadisə ilə bağlı bir sıra yanlış informasiyalar yayılır, bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışırlar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir".
Xatırladaq ki, hadisə noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında baş verib. Zəhərlənən 3 tələbə qızdan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib.