CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zeynəb Xanlarovanın qardaşı qızı açıqlama yaydı - "Yalandır"

© APAZeynəb Xanlarova, arxiv şəkli
Zeynəb Xanlarova, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan xalqının var-dövlətini öz şəxsi ambisiyaları üçün çapıb-talayan bəzi dövlət məmurları ilə Zeynəb Xanlarovanı səhv salmayın.

BAKI, 18 dekabr — Sputnik. "Son günlər Zeynəb Xanlarova haqqında həqiqətə uyğun olmayan təbliğat xarakterli məlumatlar yazılır. Guya Zeynəb Xanlarova Amerikaya köçüb. Yalandır! Zeynəb Xanlarova Vətənini, millətini, xalqını sevən insandır. Bu səbəbdən heç bir yerə köçməyib və köçmək fikri də yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova "Facebook" hesabındakı açıqlamasında bildirib. Aktrisa bibisi ilə bağlı yayılan məlumatları rədd edərək bildirib ki, Xanlarova Amerikaya köçməyib:

Elməddin Dadaşov - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Qapının üzərində "Zeynəb Xanlarova" ad-soyadını görəndə dizlərim əsdi"

"Son günlərdə sosial şəbəkələrdə, dünya şöhrətli Zeynəb xanım Xanlarova haqqında heç bir həqiqətə uyğun olmayan təbliğat xarakterli məlumatlar yazılır. İlk öncə bunu qeyd etmək istəyirəm ki, Zeynəb xanım kimi bütün dünyada nüfuz sahib olan insanların haqqında hər zaman danışılır. Xəbər portallarında yazılıb ki, guya Zeynəb Xanlarova Amerikaya köçüb. Yalandır! Zeynəb Xanlarova Vətənini, millətini, xalqını sevən insandır. Bu səbəbdən heç bir yerə köçməyib və köçmək fikri də yoxdur. O, çox sevdiyi Azərbaycanda, Vətənində yaşayır. Bilərəkdən Zeynəb xanımın adına Milli Məclisdə heç vaxt demədiyi sözləri, təklifləri yazırlar. Yayılan şayiələrə inanmayın! Onların məntiqi ilə düşünsək, Azərbaycan parlamenti ancaq Zeynəb Xanlarovanın qaldırdığı məsələləri həll edirmiş. Zeynəb Xanlarova azdanışan, ama hər dəfə ən vacib məsələni qabardan barmaqla sayılacaq deputatlarımızdandır. Zeynəb xanım hər zaman, cəsarətli çıxışları ilə digər həmkarlarından fərqlənib. Zeynəb Xanlarovadan başqa kim Milli Məclisdə Xəzər dənizinin hasarlanaraq xalqın əlindən alınmasından danışıb? Kim işğal altında olan torpaqlarımızın azad edilməsi üçün, müharibə etməkdən başqa çıxış yolumuzun olmadığını danışıb? Və uzun illərdir Qarabağın qaytarılması ilə bağlı ATƏT-in Minsk Qrupuna qulaq asmağımızın mənasız olduğunu dilə gətirib. Zeynəb Xanlarovadan başqa kim xalqın maddi durumunun yaxşı olmadığını, Türkiyədə rastlaşdığı hadisəni danışaraq cənab Prezidentə çatdırıb?

Zeynəb Xanlarova - xalq artisti, millət vəkili - Sputnik Azərbaycan
Zeynəb Xanlarovadan mühüm siyasi gediş

Zeynəb Xanlarovanın maliyyə imkanları ilə bağlı yayılan xəbərlərə isə yalnız bunu deyə bilərəm ki, Zeynəb Xanlarova Allah tərəfindən verilən əvəzolunmaz səsinin sayəsində qazandığı ruzini yeyir. Qazandığı bu ruzini isə kimə və hara xərcləyər onun öz şəxsi məsələsidir. Heç kimə aidiyyəti yoxdur. Azərbaycan xalqının var-dövlətini öz şəxsi ambisiyaları üçün çapıb-talayan bəzi dövlət məmurları ilə Zeynəb Xanlarovanı səhv salmayın. Zeynəb Xanlarova kimi olan dünya ulduzları öz şəxsi maliyyə imkanları ilə bağlı kiməsə açıqlama vermək məcburiyyətində deyillər.

Zeynəb Xanlarova Azərbaycan xalqının milli-mənəvi dəyərlərindəndir. Heç bir təbliğat xalqın Zeynəb Xanlarovaya qarşı olan sevgisini azalda bilməz."

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Xalq artisti Zeynəb Xanlarovanın Azərbaycanı tərk edərək Amerika Birləşmiş Ştatlarında məskunlaşması ilə bağlı müxtəlif xəbərlər dolaşır.

Xəbər lenti
0