CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik daha 4 növ e-arayış xidmətini təqdim edib

© Sputnik / Murad OrujovƏmlak Məsələləri Dövlət Komitəsinin elektron xidməti portalına baxan adam, arxiv şəkli
Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidməti portalına baxan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla 2019-cu ildə sosial təminat növləri üzrə istifadəyə verilən e-təyinat sistemlərinin sayı 14-ə çatır

BAKI, 18 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 sosial təminat növünün - bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardımı almaq hüququ olan) buna görə aylıq müavinətin, habelə müharibə və 20 Yanvar əlillərinin, Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinətin təyinatını da elektronlaşdırdı. Həmçinin nazirlik 4 növ e-arayış xidmətini - mənzillə təminat, ünvanlı dövlət sosial yardımının təyinatı, ödənişi, habelə fərdi şəxsi hesablar barədə arayışların alınması üzrə e-xidmətləri istifadəyə verdi. Sputnik Azərbaycan-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində yeni e-təyinat sistemləri və e-arayış xidmətləri ilə bağlı təqdimat tədbirində nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov əmək, məşğulluq, sosial təminat sahələri üzrə idarəçiliyin və xidmətlərin elektron texnologiyalar üzərində qurulmasının aparılan islahatların əsas istiqamətlərindən olduğunu vurğulayıb.

Туман в селе Чайкенд, фото из архива - Sputnik Azərbaycan
Gələn ildən Azərbaycanda aqroturizm portalı fəaliyyətə başlayacaq

O bildirib ki, 2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizmi işə salınıb. Həmçinin bu ilin ilk aylarından sosial müavinət və təqaüdlərin e-təyinatı infrastrukturunun da qurulması işlərinə başlanıb. B.Hüseynov qeyd edib ki, hazırda daha 4 sosial təminat növünün də e-təyinatı sistemləri təqdim edilir və bununla 2019-cu ildə sosial təminat növləri üzrə istifadəyə verilən e-təyinat sistemlərinin sayı 14-ə çatır. Onların sırasına yaşa və əlilliyə görə pensiyanın, uşağın doğulmasına görə birdəfəlik müavinətin, əlilliyə görə, sağlamlıq imkanları məhdud uşağa, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə, müharibə və 20 Yanvar əlillərinin, Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinətin, müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyi olan şəxslərə Prezidentin təqaüdünün və s. təminat növlərinin e-təyinat sistemləri daxildir.

Qeyd edilib ki, müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri illik təqribən 180 minədək təyinatın vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan elektron şəkildə həyata keçirilməsi deməkdir. Eyni zamanda, daha 4 e-arayış xidməti bu gün təqdim edilir ki, bununla da nazirliyin e-arayış xidmətlərinin sayı artıq 12-yə çatır. Tədbirdə nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov yeni e-təyinat sistemləri barədə məlumat verib. Bildirilib ki, qeyd edilən müavinətlərin təyinatı vətəndaşların həmin sosial ödənişlərin təyin edilməsi üçün hansısa quruma müraciət etməsinə ehtiyac qalmadan elektron qaydada aparılacaq. Misal üçün, aztəminatlı ailəyə ünvanlı sosial yardımı elektron qaydada təyin edildikdə, sistemə daxil edilmiş müvafiq məlumat əsasında həmin ailədəki 1 yaşa qədər olan uşağa da aylıq müavinət avtomatik təyin ediləcək. K.Əkpərov həmçinin mənzillə təminat, ünvanlı dövlət sosial yardımının təyinatı, ödənişi, fərdi şəxsi hesablar barədə arayışın alınması üzrə e-xidmətlərdən istifadə prosedurlarını diqqətə çatdırıb. Qeyd edib ki, vətəndaş portala daxil olur və orada formalaşan şəxsi kabinetində "E-arayış" altbölməsini və bu bölmədə arayışın növünü seçir. Bu zaman arayış avtomatik olaraq formalaşır. Bundan sonra vətəndaş arayışı çap edərək müvafiq quruma təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Vətəndaşa arayışın etibarlılıq müddətini də özü müəyyən etmək imkanı verilir. Beləliklə də, qeyd edildiyi kimi, artıq nazirliyin 12 e-arayış xidməti fəaliyyət göstərir. Onların sırasına iş yerinə və əlilliyə dair, müavinət və təqaüdlə, pensiya, maddi yardım və birdəfəlik ödəmə ilə, dövlət tərəfindən mənzillə və avtomobillə təmin edilmə barədə, həmçinin ünvanlı dövlət sosial yardımının təyinatı və bu yardımın ödənişi, fərdi şəxsi hesab barədə e-arayış xidmətləri daxildir.

Xəbər lenti
0