Gələn ildən Azərbaycanda aqroturizm portalı fəaliyyətə başlayacaq

© Sputnik / Ilham MustafayevТуман в селе Чайкенд, фото из архива
Туман в селе Чайкенд, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Portal vasitəsilə Azərbaycana gəlmək istəyən və yaxud burada yaşayan və kənd təsərrüfatı turizmindən istifadə etmək istəyən hər bir vətəndaş xidmət əldə edə biləcək.

BAKI, 18 dekabr — Sputnik. Azərbaycanda aqroturizm sahəsində fəaliyyət göstərəcək "tovillage.az" portalı gələn ilin birinci rübündə istifadəyə veriləcək".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Aqrar Ticarət Şirkətinin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib. Onun sözlərinə görə, portal mütəmadi olaraq yenilənəcək və ora yeni funksiyalar əlavə olunacaq. "Portal vasitəsilə Azərbaycana gəlmək istəyən və yaxud Azərbaycanda yaşayan və kənd təsərrüfatı turizmindən istifadə etmək istəyən hər bir vətəndaş xidmət əldə edə biləcək".

2021-ci ilədək 500-ə yaxın fermerin aqroturizm sektoruna cəlb olunması nəzərdə tutulur. Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı turizmi çox yenidir və bu sahədə nəinki fermerlərdə, həmçinin əhalidə də anlayış mövcud deyil. "Sahə üzrə birgə əməkdaşlıq imkanı yaradılacaq ki, bu problemlər aradan qaldırılsın. 2019-cu ildə biz əsasən kiçik qrup fermerlərə işləyirdik. Çalışdıq anlayaq ki, prosesin gedişatı zamanı nələr ortaya çıxa bilər. Bu, bizə növbəti illərdə uyğun strategiyamızda düzəlişlər etməyə imkan yaradıb. Düşünürük ki, "PASHA Holding"in bizə ayırdığı maddi vəsait hesabına 2021-ci ilədək qarşımıza qoyduğumuz hədəfə çata biləcəyik. Onu da qeyd edim ki, 500 heç də az rəqəm deyil və seçim apararkən biz çalışırıq Bakı şəhərinə yaxın regionlar olsun. Çünki təcrübə onu göstərir ki, bu gün Bakı şəhərinin sakinləri və yaxud xarici vətəndaşlar əsasən həftəsonu istirahət üçün regionlara gedirlər".

Xəbər lenti
0