Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şah yenə pul tapmır...

© SHAMKIRCHESSAzərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialında
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialında - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhriyar paylaşıma şərh verərək yazılanları acı həqiqət adlandırıb: "Sözləriniz acı həqiqətdir. Adamın "like" etməyə əli də gəlmir. "Özü yıxılan ağlamaz" deyiblər. İnşallah, hər şey yaxşı olacaq, yenidən ayağa qalxacam".

BAKI, 16 dekabr — Sputnik. Bir müddət öncə sponsor və dəstək olmamasından şikayətlənən Şəhriyar Məmmədyarov yenidən pul tapmır.

Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə türkiyəli yazar Dimes Hak beynəlxalq qrossmeysterimizin dəstəksiz qalması ilə bağlı “Facebook”da paylaşım edib.

Hak Şəhriyarın məşqçisinin olmamasını xüsusi vurğulayıb: "Şəhriyar Məmmədyarov namizədlər turnirindən kənarda qaldı. Bu onun üçün psixoloji olaraq zərbədir. Ona diqqət ayrılmamasına xüsusi diqqət çəkmək lazımdır. Məmmədyarov yarışlarda komanda yoldaşlarının köməyi ilə çıxış edir. Bu mənəvi dəstək olsa da, bəzi görüşlərdə ona məşqçi lazım olur. Bu daha peşəkar səviyyədə həll edilməlidir".

Şəhriyar özü də paylaşıma şərh verərək yazılanları acı həqiqət adlandırıb: "Sözləriniz acı həqiqətdir. Adamın "like" etməyə əli də gəlmir. "Özü yıxılan ağlamaz" deyiblər. İnşallah, hər şey yaxşı olacaq, yenidən ayağa qalxacam".

Qeyd edək ki, Şəhriyar ötən il də sponsorsuzluqdan şikayətlənmişdi. O, çox turnirlərdə oynadığına görə yorulduğunu əsas gətirmişdi. Məmmədyarov əlavə etmişdi ki, məhz pula görə bir çox yarışlara qatılır və bu onun vacib turnirlərdə yaxşı çıxış etməsinə mane olur. Sözügedən status günlərlə ölkə ictimaiyyətində müzakirələrə səbəb olmuşdu.

Xəbər lenti
0