ABŞ-ın "İsgəndər" raketlərinə cavabı dünyanı necə təhdid edir

© © Senior Airman Ian Dudley/Vandenberg Air Force Base via APABŞ-da Vandenberq aviabazasından ballistik raket buraxılışı
ABŞ-da Vandenberq aviabazasından ballistik raket buraxılışı - Sputnik Azərbaycan
Abunə olmaq
Avqustun 2-dən etibarən Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair müqaviləyə xitam verilib. Bu, Rusiyanı sazişin şərtlərini pozmaqda ittiham edən ABŞ-ın təşəbbüsü ilə baş verib.

BAKI, 16 dekabr — Sputnik, Nikolay Protopopov. Bu yaxınlarda Kaliforniyadakı "Vandenberq" aviabazasında yeni qeyri-nüvə konfiqurasiyalı ballistik raketin prototipi sınaqdan keçirilib. Səyyar yerüstü qurğudan buraxılan raket 500 kilometrdən çox məsafəni uçduqdan sonra Sakit okeana düşüb. Aviabazanın nümayəndəsi isə birbaşa RİA Novosti-yə bildirib ki, söhbət bir neçə ay bundan əvvəl qadağa altında olan ortamənzilli silahdan gedir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Dövlət Başçısı Vladimir Putin 14-cü MAKS-2019 beynəlxalq hava sərgisində - Sputnik Azərbaycan
Vəziyyət yenə qarışacaq: Ərdoğan "Su-35" və "Su-57" təyyarələrinə göz dikib

Çirkin tamaşa

Avqustun 2-dən etibarən Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair müqaviləyə xitam verilib. Bu, Rusiyanı sazişin şərtlərini pozmaqda ittiham edən ABŞ-ın təşəbbüsü ilə baş verib. Vaşinqton özü sazişdə iştirakını daha da tez dayandırıb: 2019-cu ilin martında. Həmin vaxt amerikalılar yeni yerüstü raketin layihələndirilməsinin dərhal başladığını elan ediblər və sistemin bir neçə ildən sonra hazır olacağını deyiblər.

Ancaq ilk prototip doqquz aydan az bir müddətdə ortaya çıxıb. Bu ən azı çaşqınlıq doğurur. Amerikalı konstruktorlar, əlbəttə ki, özlərinə əziyyət verib layihələndirməni sürətləndirə bilərdilər, lakin aydındır ki, bu müddət ərzində yeni bir tip silahın eksperimental prototipini sıfırdan hazırlamaq, yığmaq və sınamaq mümkün deyil. Pentaqonun praktik olaraq qeyri-məhdud maliyyə imkanlarını və Rusiyanı ötmək istəyini nəzərə alsaq belə.

Siyasətçilər və ekspertlər hesab edirlər ki, amerikalılar Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair müqavilə ilə qadağa olunmuş silahların layihələndirilməsinə hələ bu sazişi tərk etməzdən çox əvvəl başlayıblar. Yalnız rusiyalı siyasətçilər və ekspertlər bu fikirdə deyillər. Raketin sınağından dərhal sonra Çin Xarici İşlər Nazirliyi Pentaqon rəhbəri Mark Esperin açıqlamalarını "çirkin tamaşa" adlandırıb.

"Bu ilin avqustun 2-dən – Birləşmiş Ştatların müqavilədən çıxdığını elan etməsindən etibarən Pentaqon yerüstü raketlərin iki sınağını keçirib. Esper qürurla ABŞ-ın bu sınaqlara fevral ayından etibarən hazırlaşdığını deyib. Xahiş edirəm, diqqət edin: ABŞ müqavilədən çıxması haqqında yalnız avqustun 2-də rəsmi məlumat verib, amma fevral ayından hazırlaşırmış. Bu, ABŞ-ın müqavilədən çıxışını əvvəlcədən düşündüyünə dair dəyərləndirmələrimizi bir daha təsdiqləyir", - Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.

NATO-nun baş katibi Yens Stoltenberq  - Sputnik Azərbaycan
NATO Baş katibindən Rusiya barədə maraqlı sözlər

Orta mənzil

Həqiqətən də avqustda Pentaqon Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair müqaviləyə zidd olaraq 500 kilometrdən çox məsafədə hədəfi vurmuş qanadlı raketi sınaqdan keçirib. Rusiya Xarici İşlər Nazirliyi bu sınaqları ABŞ-ın çoxdan və qəsdən müqaviləni pozmağa hazır olduğunun sübutu kimi qiymətləndirib.

"Əvvəlcədən hazırlanmadığı təqdirdə belə bir müddətə bu cür tədbirləri həyata keçirmək, demək olar ki, mümkün deyil. Beləliklə, bu açıq-aydın şəkildə təsdiqləyir ki, Vaşinqtonda uzun müddət ABŞ-ın müqavilədən çıxması üçün yalnız siyasi və təbliğati deyil, həm də maddi və hərbi-texniki hazırlıqlar aparılıb", - Xarici İşlər Nazirliyi deyib.

ABŞ-ın müqavilədən çıxmaq planlarını 2018-ci ildə ABŞ ordusunun komandanlığı tərəfindən təşkil edilmiş yeni raket silahlarının təqdimatı da dolayı yolla təsdiqləyir. Pentaqon orada 500-2250 kilometr məsafədə uça bilən, yəni əslində ortamənzilli raket olan perspektivli "Strategic Fires Missile" idarəolunan operativ-taktiki raketi nümayiş etdirib. Üstəlik, həmin silahın görüntüləri indi sınaqdan keçirilən raketin görüntülərini xatırladır.

İxtisaslaşmış "BMPD" bloqunun mütəxəssislərinin fikrincə, 2018-ci ildə "Northrop Grumman" şirkətinin tərkibinə daxil olmuş "Orbit ATK" korporasiyası – indiki adı ilə "Northrop Grumman Innovation Systems" – bu layihə üzərində işləyir. Güman ki, bu yeni raket "Castor-4B" bərk yanacaqlı sürətləndirici raketin əsasında hazırlanıb. "Castor-4B" Amerikanın ballistik hədəf raketlərində istifadə olunur. Rusiyada bu hədəf raketləri Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair müqaviləyə zidd olan ortamənzilli raket prototipləri hesab olunur.

Флаги Турции перед штаб-квартирой НАТО в Брюсселе, фото из архива - Sputnik Azərbaycan
Türkiyə-NATO münasibətlərində yeni qalmaqal: Bu dəfə məsələ "S-400" deyil

"İsgəndər"in analoqu

Bundan əlavə, amerikalılar artıq uzun müddətdir ki, Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair müqavilədə qısamənzilli raketlər kimi təsnif olunan silahları hazırlayırlar. 2018-ci ildə baş tutmuş təqdimat mərasimində Pentaqon 70-499 kilometr məsafədə uça bilən "Precision Strike Missile" (PrSM) adlı operativ-taktiki raketi təqdim edib. Əslində isə bu raket 700 kilometrdən çox məsafədəki hədəfləri vura bilir.

"Lockheed Martin" bu raketin üzərində 2017-ci ildən işləyir. Bu yeni nəsil yüksək dəqiqlikli silah, 1990-cı illərin əvvəlindən ABŞ ordusunda istifadə olunan "MGM-140 ATACMS" taktiki raket sistemini əvəz edəcək.

"PrSM" də artıq sınaqdan keçib. Raket "M142 HIMARS" yaylım atəş sistemindən buraxılıb. Onun 240 kilometr uçduğu və hədəfi uğurla vurduğu qeyd olunur.

Digər bir Amerika şirkəti – "Raytheon" da daha bir perspektivli qısamənzilli raketi hazırlayır. Onun sınağı 2020-ci il üçün planlaşdırılıb. Pentaqon artıq seçim qərarını verməkdədir, lakin Amerika ordusunun yeni silahı 2023-cü ildən gec olmayaraq alacağı artıq məlumdur.

"PrSM" raketini Rusiyanın "İsgəndər-M" raketinin analoqu adlandırmaq olar. ABŞ isə məhz "İsgəndər-M" raketinin xüsusiyyətlərini bəhanə gətirərək Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair müqavilədən çıxıb. Vaşinqtonun fikrincə, bu kompleksin "9M728" qanadlı raketinin modifikasiya edilmiş versiyası - "9М729" raketi müqavilənin tələblərini pozur: guya onun uçuş məsafəsi icazə verilən 500 kilometrdən çoxdur.

Türkiyə Rusiyanın “S-400” radarlarını sınaqdan keçirməyə başlayıb  - Sputnik Azərbaycan
VİDEO
Türkiyə Rusiyanın “S-400” radarlarını sınaqdan keçirməyə başlayıb

Moskvada bu ittihamları rədd ediblər, Müdafiə Nazirliyi isə hətta raketin bəzi göstəricilərini açıqlayıb. Belə ki, Raket Qoşunlarının və Artilleriyanın rəisi Mixail Matveyevski qanadlı raketinin modernləşdirilməsinin döyüş başlığının gücünü və dəqiqlik xüsusiyyətlərini artırmağa yönəldiyini söyləyib.

"9M728" və "9M729" raketləri əksər göstəricilərinə görə eynidirlər. "9M729" raketinin kütləsinin artması səbəbindən onun maksimal uçuş məsafəsi hətta 480 kilometrə endirilib.

Rusiya bir qədər əvvəl görünməmiş bir addım ataraq ABŞ-ı "9M729" raketini canlı olaraq nəzərdən keçirmək və onun müqavilənin tələblərinə cavab verdiyinə əmin olmaq üçün raketlə qapalı tanışlığa dəvət edib. Lakin amerikalılar bundan imtina ediblər.

Xəbər lenti
0