Vəziyyət yenə qarışacaq: Ərdoğan "Su-35" və "Su-57" təyyarələrinə göz dikib

© AATürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Dövlət Başçısı Vladimir Putin 14-cü MAKS-2019 beynəlxalq hava sərgisində
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Dövlət Başçısı Vladimir Putin 14-cü MAKS-2019 beynəlxalq hava sərgisində - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: "ABŞ-ın son qərarını öyrənəndən sonra öz addımlarımızı atacağıq"

BAKI, 29 avqust — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin Amerika istehsalı olan "F-35" qırıcılarının əvəzinə Rusiyadan "Su-35" və "Su-57" döyüş təyyarələrini alacağı ehtimalını istisna etməyib. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "NTV" telekanalı yayıb.

Avqustun 27-də Türkiyə lideri rusiyalı həmkarı Vladimir Putinlə birlikdə Jukovski hava limanında keçirilən "MAKS-2019" aviakosmik sərgisinə baş çəkib. Tədbir zamanı Ərdoğan Rusiya istehsalı olan hərbi təyyarələri baxışdan keçirib.

Су-57 летит над Кремлем во время репетиции военного парада в День Победы в Москве, Россия - Sputnik Azərbaycan
RUSİYA
"Su-57" qırıcısının ifasında mürəkkəb pilotaj fiquru - VİDEO

"Niyə də olmasın? Bura boşu-boşuna gəlməmişik ki. ABŞ-ın ("F-35" ilə bağlı – red.) son qərarını öyrənəndən sonra öz addımlarımızı atacağıq. ... Özümüzü lazım olan şeylərlə təmin etməyə imkan verən bazar böyükdür" – Ərdoğan deyib.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini almasına cavab olaraq Vaşinqton Ankaranı "F-35" proqramından çıxarıb.

Avqustun 28-də Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev bildirdib ki, Türkiyə "Su-35" və "Su-57" təyyarələrinə maraq göstərib.

Rusiyanın çoxməqsədli "4++" nəslinə aid "Su-35" qırıcısı Çinə tədarük olunur. Yaxın günlərdə bu təyyarənin İndoneziya, Hindistan və Malayziyaya da tədarükü başlayacaq.

"Su-57" isə beşinci nəslə aid ən yeni döyüş təyyarəsidir.

Xəbər lenti
0